Gürcüstanda Azərbaycana dəstək mitinqi keçirildi

Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycana dəstək mitinqi keçirilib.
Kütləvi mitinq iştirakçıları Azərbaycan dövləti və Ordusuna dəstək şüarları səsləndiriblər. Mitinqçilər əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutublar.
Onlar həmçinin "Azərbaycan var olsun, düşmənləri kor olsun!", "Yaşasın Azərbaycan əsgəri!", "Eşq olsun Azərbaycan Ordusuna!" şüarları səsləndiriblər.
Soydaşlarımız Azərbaycanın işğal altında olan bütün torpaqlarının tezliklə azad olunacağına əminlik ifadə ediblər. Kütləvi aksiyaya vətənpərvərlik mahnılarının ifası ilə yekun vurulub.
Aksiya iştirakçıları Azərbaycandan növbəti zəfər xəbərlərini gözlədiklərini bildiriblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























