• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Nikbinliyimiz o qədər də yüksək deyil”

İlham Əliyev: “Nikbinliyimiz o qədər də yüksək deyil”
25.06.2014 00:25

“Biz Avropa Şurasına üzv olmağımızdan bəri həmişə bu təşkilatın münaqişə ilə bağlı atdığı addımları fəal şəkildə dəstəkləmişik.

Mən çıxışımda da qeyd etdim ki, 2005-ci ildə AŞPA Dağlıq Qarabağla bağlı 1416 saylı qətnamə qəbul etmişdi və bu sənəddə işğala son qoyulmasına dair müddəalar aydın şəkildə qeyd olunub. Bundan sonra burada bu məsələ ilə əlaqədar xüsusir alt komitə yaradıldı, lakin Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv fəaliyyəti və bu komitənin işini boykot etməsi nəticəsində komitənin fəaliyyəti dayandırıldı”. APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev AŞPA-da çıxışından sonra ona ünvanlanan suala cavabında deyib.

 

Dövlət başçısı bildirib ki, nə qədər çox beynəlxalq institut bu mövzuya diqqət ayırsa, o qədər tez bir zamanda problemin həlli tapılar: “Çünki Ermənistan hər şeyi olduğu kimi saxlamaq istəyir və istəyi odur ki, beynəlxalq ictimaiyyət bu münaqişəni unutsun. Onlar düşünürlər ki, bu məsələdə Minsk Qrupunun formatı kifayətdir və onların fikrincə, bu vasitəçilik missiyasına alternativ yoxdur. Amma bu format hələlik heç bir nəticə vermir və Avropa Şurası bu məsələ ilə bağlı daha fəal işlər görməlidir. Biz hesab edirik ki, alt komitənin fəaliyyətinin bərpası bu yöndə mühüm bir addım olardı. Danışıqların perspektivinə gəldikdə, təəssüf ki, bizim bu məsələdə nikbinliyimiz o qədər də yüksək deyil. Ermənistan hər fürsətdə əlindən gələni edir ki, vəziyyət, status-kvo dəyişməsin, amma bununla belə, biz yenə də Ermənistan prezidenti ilə ikitərəfli görüşlər aparırıq və son dəfə ötən ilin noyabrında Vyanada görüşmüşük. Bu görüşdən sonra hansısa optimist fikirlərə yol açılmışdı, biz də bu haqda öz fikirlərimizi bildirirdik və bu istiqamətdə işlər aparırdıq. Lakin bu istiqamətdə o qədər də böyük addımlar atılmadı, sonra isə prosesin təxirə salınması baş verir. Beynəlxalq ictimaiyyətin fəal iştirakı olmadan hesab edirəm ki, Ermənistan yenə də indi etdiyi hərəkətləri davam etdirməyə cəhd göstərəcək”. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol