Ermənilər Gəncədə pravoslav kilsəsinə zərər vurub

Bu gün Gəncəyə səfər edən xarici diplomatlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin, ordusunun vəhşiliyi və vandalizminin şahidi oldular. Düşmənin Gəncəni ağır artilleriyadan atəşə tutması nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar var, tarixi abidələrimizə, o cümlədən bir əsr yarım yaşı olan pravoslav kilsəsinə də zərər dəyib.
Anews.az xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov deyib.
O bildirib ki, qədim Gəncə şəhəri dünyada Nizami, Məshəti kimi böyük şairləri, alimləri, qonaqpərvərliyi və sülhpərvərliyi ilə tanınır: "Ermənistan Xocalıda törətdiyi soyqırımının oxşarını Gəncədə həyata keçirmək istəyir. Atılan raketlər məsum uşaqları, qadınları, yaşlıları hədəf alıb. Son raket zərbəsi nəticəsində 9 dinc sakin həlak oldu, xeyli insan yaralandı, evlərimiz dağıldı”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























