Tahir Mirkişili: “ƏRAZİ əvəzinə SÜLH”

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan xalqına müraciət edib.
Müraciətlə bağlı Milli Məclisin millət vəkili Tahir Mirkişili fikir bildirib.
Anews.az deputatın fikirlərini təqdim edir:
"Müraciətdəki etiraflardan bəlli olur ki, ordumuz tərəfindən darmadağın olmaq durumundadırlar. Çıxış zamanı Paşinyan maraqlı etiraflar da edib. Məlum oldu ki, Azərbaycan tərəfindən aparılmış diplomatik fəaliyyətin nəticəsində Paşinyan hakimiyyətə gələndə bu vəziyyətlə qarşılaşıb. İşğal olumuş 5 rayonu qaytarmaq, sonra isə 2 rayonun qaytarılması qrafikini müəyən etmək, daha sonra Qarabağın Azəbaycan tərkibində statusunun müəyyən olunması ilə razılaşmaq. Yəni işğal olunmuş rayonlar status əvəzində deyil, sülh əvəzində geri qaytarılmalı idi. Əks halda müharibə olacaq. Yəni Ermənistan düşünürdü ki, işğal olunmuş rayonları geri verməklə əvəzində Dağlıq Qarabağın müstəqillik statusunu Azərbaycandan alacaq. Amma onlara təklif edilən - ərazilərin əvəzində sülh olub
Paşinyan hökuməti bu şərtlərdən imtina edib. Yəni dolayı yolla müharibə yolunu seçib. Və bu gün də o seçimin acı nəticəsini yaşayırlar. Azərbaycanın indi də şərti əvvəlki kimidir: "ərazi əvəzinə sülh”. Yəni, ərazilərimizi tərk edin, əvəzində sülh alın.
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan İlham Əliyev!"
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























