• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyev bələdiyyələrdən narazılıq etdi

Ramiz Mehdiyev bələdiyyələrdən narazılıq etdi
24.06.2014 15:48

“Bələdiyyələr hələ də əhalinin yerli əhəmiyyətli məsələlərinin həllində öz rolunu və yerini tapa bilməyiblər" 

“Bələdiyyələrin əsas vəzifələrindən biri vətəndaşlarla hakimiyyət arasında əlaqələndirici funksiyasını yerinə yetirmək və əhaliyə daha yaxın olmaqdan ibarətdir. Bələdiyyələr fəaliyyətlərinin səmərəliliyini artırmalı və əhalidə yerli özünüidarəetmə orqanlarına inamı gücləndirməlidirlər”. Lent.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri , akademik Ramiz Mehdiyev bələdiyyə sədrlərinin III ümumrespublika toplantısı zamanı çıxışında bildirib. R. Mehdiyevin sözlərinə görə, buna hələ tam nail olunmayıb.

“Bələdiyyələr hələ də əhalinin yerli əhəmiyyətli məsələlərinin həllində öz rolunu və yerini tapa bilməyiblər. Bütünlükdə onların fəaliyyətinə nəzər salsaq, səciyyəvi olan, bizi ciddi narahat edən problemləri görərik. Bunlar nədən ibarətdir? Ən əsasını diqqətinizə çatdırmaq istəyirəm:

birincisi - mühüm sosial əhəmiyyətli layihələrin həyata keçirilməməsi;

ikincisi - iqtisadi və maliyyə resurslarının aşağı səviyyədə olması;

üçüncüsü - peşəkar kadrların çatışmazlığı.

Təbiidir ki, hər bir insanın şəxsi marağı ilə yanaşı, dövlət və yerli icmanın maraqları da mövcuddur. Bu maraqlar yerli sosialyönümlü problemlərin həlli ilə bağlı olan məsələlərdə üst-üstə düşür. Belə halda bələdiyyələrin həyata keçirməli olduğu tədbirlərin və layihələrin əhəmiyyəti olduqca böyükdür.

Lakin təcrübə göstərir ki, bələdiyyələrin həyata keçirdikləri layihələrin böyük bir hissəsi əsasən kiçik həcmli, xırda problemlərin aradan qaldırılmasına hesablanmış layihələr olub”.

PA rəhbəri onu da qeyd edib ki, bunun da müxtəlif səbəbləri var. “İlk növbədə, mühüm əhəmiyyətli sosial layihələrin həyata keçirilməsi üçün bələdiyyələr zəruri maliyyə resurslarına malik olmalıdırlar.

Reallıqda isə əksər bələdiyyələrin mövcud büdcələri nəinki layihələrin həyata keçirilməsinə, cari fəaliyyətinin təşkilinə belə çatmır. Bunun əsas səbəbi isə bələdiyyələrin təşkilatçılıq bacarığının aşağı olmasıdır”

R. Mehdiyev onu da vurğulayıb ki, ilk iki bələdiyyə seçkilərinə nəzər salsaq görərik ki, bələdiyyə üzvlərinin əksəriyyəti yerli özünüidarəetmə haqqında kifayət qədər təsəvvürə malik olmayıb, onlar vəzifələrini həyata keçirə bilməyiblər.

”Bələdiyyələrin həmin dövrdə olan durumu, bələdiyyə üzvlərinin zəif fəaliyyətləri ilə razılaşmayan seçicilər 2009-cu ildə müvafiq nüfuza və təcrübəyə malik olan şəxslərə etimad göstərmişlər. Nəticədə seçilmiş üzvlər arasında ali təhsillilərin sayı 1,9 dəfə, qadınların sayı 6,4 dəfə, gənclərin sayı isə 13,8 dəfə artıb”.

Bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə toxunan akademik bildirib: “Seçkilərdə namizədlərini irəli sürəcək siyasi partiyalar, ayrı-ayrı şəxslər bələdiyyə işinin məsuliyyətini dərindən dərk etməli, bu yükü daşımaq iqtidarında olan insanlara etimad göstərməlidirlər. Bunu onlardan ölkə həyatının bütün sahələrində baş verən inkişaf tələb edir”.

 

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol