Qırğızıstan prezidenti istefa verdi

Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov bu gün, oktyabrın 15-də istefa verib.
Bildirilib ki, Jeenbekov parlament tərəfindən namizədliyi oktyabrın 14-də təsdiqlənən yeni Baş nazir Sadır Japarovla danışdıqdan sonra istefa verib.
Qırğızıstan prezidenti istefa qərarını tarixə "qan tökən və həmvətənlərinə atəş açan” dövlət başçısı kimi düşmək istəməməsi ilə izah edib.
Məlumata əsasən, o, Japarovu və digər siyasətçiləri tərəfdarlarını paytaxtdan çıxarmağa və dinc həyatı bərpa etməyə səsləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























