Hadrutdakı alban kilsəsi də erməni vandalizminə məruz qalıb - FOTO

İşğalçı Ermənistan Hadrut qəsəbəsinin Tuğ kəndində yerləşən, 13-cü əsrdə inşa olunmuş Qafqaz Albaniyasına aid Qtiçavank monastrında da vandalizm törədib. Bu fakt ermənilərin müqəddəs məbədlərə münasibətini və fərqli mədəniyyətlərə dözümsüzlüyünü göstərir.
Anews.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova sözügedən monastrın Hadrutun işğaldan azad olunmasından sonra çəkilən şəkilini öz feysbuk səhifəsində paylaşıb. Fotoşəkildə qədim kilsənin divarları üzərində törədilmiş vandalizmin şahidi olmaq mümkündür.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























