• $
  • €
  • ₽
  • ₺
  • £

"Vikipediya”nın italyan dil bölməsində Dağlıq Qarabağla bağlı məqalədə yanlışlar aradan qaldırıldı

"Vikipediya”nın italyan dil bölməsində Dağlıq Qarabağla bağlı məqalədə yanlışlar aradan qaldırıldı
16.10.2020 14:19
"Vikipediya”nın italyan dili bölməsində Dağlıq Qarabağ haqqında məqalə zənginləşdirilib.
 
Bu barədə "Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
 
O bildirib ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının Sosial və elmi araşdırmalar departamentinin rəhbəri Əli Kəbirli "Vikipediya”nın italyan dili bölməsində Dağlıq Qarabağ haqqında məqaləni əsaslı mənbələrlə redaktə edərək zənginləşdirib.
 
Məqalənin əvvəlki versiyasında təhrif olunmuş məlumatlar çoxluq təşkil edirdi. Mətndə boşluqlar və bitərəfli cümlələr aradan qaldırılıb, etibarlı, əsaslı istinadlar məlumata əlavə edilib. Bugünkü informasiya müharibəsi dövründə bu cür məqalələrdəki yanlışlıqların aradan qaldırılması gənclərimiz tərəfindən uğurlu töhfədir. Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov, Sosial və elmi araşdırmalar departamentinin rəhbəri Əli Kəbirli, departamentin nəzdində fəaliyyət göstərən "Vikipediya” qrupunun könüllüləri italyan dili bölməsində Azərbaycanla bağlı məqalələrin yenilənməsində böyük fəallıq göstərirlər.
 
Bu günə qədər Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair çoxsaylı məqalə qrup tərəfindən zənginləşdirilib. Hazırda bu sahədə fəaliyyət uğurla davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol