• $
  • €
  • ₽
  • ₺
  • £

Təcavüzkar Ermənistan canlı qüvvə çatışmazlığını necə kompensasiya etməyə çalışır?

Təcavüzkar Ermənistan canlı qüvvə çatışmazlığını necə kompensasiya etməyə çalışır?
16.10.2020 15:27
Təcavüzkar Ermənistan cəbhədə məğlubiyyətlərlə üzləşməsi davam edir.
 
Çarəsiz durumda qalan ölkə canlı qüvvə çatışmazlığını bir sıra yollarla kompensasiya etməyə çalışır. Erməni KİV-lərdə və eləcə də sosial mediada paylaşılan foto və videoreportajlardan da göründüyü kimi, döyüşçülər arasında heç bir perspektivi olmayan daha çox yaşlı nəslin nümayəndələri diqqət çəkir. Bundan başqa, erməni mediasında məhkumların da cəbhəyə göndərilməsi məsələsi də gündəmdədir. Belə ki, bu məsələ guya məhbusların da cəbhədə döyüşmək "arzusu" fonunda işıqlandırılır.
 
Ermənistanın Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr bölməsinin rəsmisi Nona Naviqyan "Haykakan Jamanak" qəzetinə açıqlamasında bildirib ki, məhkumlardan cəbhədə döyüşlərə yollanmaq arzularını bildirən müraciətlər alıblar, lakin təfərrüatları açıqlamayıb. Bildirib ki, məhbusların hərbi əməliyyatlarda iştirak məsələsinin hüquqi tənzimlənməsində problem var. Bununla bağlı hüquq müdafiəçisi Armine Fanyan "Haykakan Jamanak" qəzetinə müsahibəsində bildirib ki, məhkumların cəzadan azad edilməsinə və ya cəzalarının çəkilməsini təxirə salmasına imkan verən xüsusi prosedur, hüquqi tənzimlənmə yoxdur. O, məhbusların orduya cəlb olunmasının fonunda Ermənistanda ağır vəziyyətlə bağlı rəy yaradılması ehtimalı ilə bağlı suala cavabında bundan sığortalanmadığını dolayısı ilə etiraf edib. O bildirib: "Bütün təhlükələri tarazlaşdırmalı, bunun nə dərəcədə ədalətli ola biləcəyini anlamalıyıq, xüsusən də hazırki şərtlərdə." Erməni mediasında bundan əvvəl artıq 100-dən artıq məhbus cəzalarının bağışlanmasının əvəzində Qarabağa döyüşmək üçün göndərilməsi artıq heç kimə sirr deyil.
 
Onlar təmas xəttinin müxtəlif istiqamətlərində yerləşdirilir. Bəzi məhkumların yaxınları faktdan xəbər tutaraq ombudsmana şikayət ediblər. Keçmiş deputatlar da cəbhəyə yollanır? Ermənistanın "Hraparak” qəzeti yazır ki, ölkədə hərbi vəziyyət və səfərbərlik elan edildikdən sonra keçmiş iqtidarın bir çox nümayəndələri də çağırışçılar sırasındadır.
 
Qəzet Nikol Paşinyanın ən sərt tənqidçilərindən biri, slaq.am saytının redaktoru Menua Harutyunyan bir həftədir ehtiyatda xidmət etdiyini yazıb. "Respublikaçı”lar partiyasının sədr müavini , vaxtilə 2017-ci ildə Bakıda "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmiş Armen Aşotyan da çağırışçılar sırasındadır. O, feysbuk səhifəsində bildirib ki, ölkəsi qarşısında dayanan ən ciddi problemlər bütün potensialın səfərbərliyi tələb edir. "Bu məsələdə "indiki-keçmiş” ayrı-seçkiliyi ola bilməz. " –deyərək ictimai-siyasi sferada yaranmış siyasi ayrı-seçkiliyə eyham vurub. Halbuki Armen Aşotyan Paşinyan siyasətini daim tənqid edən siyasi fiqurlar sırasındadır. Ermənistan mediasında "Elk” fraksiyasından olan deputat Sasun Mikaelyanın cəbhəyə yollanan könüllülər arasında çıxışını əks etdirən video yayımlanıb.
 
Birinci Qarabağ savaşında döyüşmüş deputat öz emosional çıxışında könüllüləri ruhlandıraraq "bu çətinliyin öhdəsindən gəlməliyik. Düşməni hissələrə ayırmalıyıq”—deyərək populist çıxışlar edib.
 
Qeyd edək ki, Sasun Mikaelyanla birgəyə cəbhəyə yollanmış könüllülərin əksəriyyəti yaşlılardır ki, onların da döyüş qabiliyyəti sıfıra bərabərdir. Göründüyü kimi, təcavüzkar ölkə ictimai-siyasi və sosial sferada tanınan şəxsləri də səfərbərliyə cəlb etməklə,cəbhədə məğlubiyyətlərlə üzləşən erməni ordusunun sınmış inamını və döyüş əhvalını yüksəltmək məqsədi daşıyır. Azərbaycanın işğal altında olan ərazilərində separatçı rejim rəhbəri Araik Arutyunyanın feysbuk səhifəsində bildirdiyi kimi, Dağlıq Qarabağa gəliş və gedişin məhdudlaşdırılması döyüş qabiliyyəti olan sakinlərin bölgəni tərk etməsinin və fərariliyin qarşısının alınmasına yönəlib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol