• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyana qarşı qiyam hazırlanır

Paşinyana qarşı qiyam hazırlanır
16.10.2020 15:37
Azərbaycan Ordusu 20 gündür ki, işğalçı Ermənistana qarşı cəbhədə uğurlu döyüş əməliyyatlarını davam etdirir. 

"Qafqazinfo” xəbər verir ki, nəticədə bir sıra kəndlərimiz, Hadrut qəsəbəsi və strateji yüksəkliklər şanlı ordumuz tərəfindən işğaldan azad edilib. Düşmən sentyabrın 27-dən bu günə kimi xeyli sayda canlı qüvvəsini, döyüş texnikalarını itirib. Erməni hərbi qulluçuları artıq Qarabağda döyüşmək istəmir. Onlar silahlarını yerə qoyaraq qaçıb canlarını qurtarmağa çalışırlar. Baş nazir Nikol Paşinyanın feysbukda xalqa sonuncu etirafından sonra cəmiyyətdə ruh düşkünlüyü və narazılıq daha da artıb. Paşinyan etirafında bu müddət ərzində çox itki verdiklərini, qurbanların sayının çoxaldığını qeyd edib. Bütün bunlara görə, Ermənistan əhalisi hazırda məyus vəziyyətdədir. İnsanlar artıq cəbhədən gələn uğursuz xəbərlərdən yorulublar. Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizi biri-birinin ardınca azad etməsi fonunda Paşinyanın hələ də taktiki "qalibiyyətlərdən" söz açmasına Ermənistanda da inanan yoxdur. Paşinyanın və komandasının yalanlarına davam etməsi erməni cəmiyyətində ondan narazılığı ifrat dərəcədə artırır. Azərbaycan əhalisi isə işğaldan azad olunan kəndlərimizin və şəhərlərimizin sevincini yaşayır. Ermənistandan fərqli olaraq, Azərbaycanda hər evin balkonunda bayraqlarımız dalğalanır.

Ermənilər mətbuata açıqlamalarında və sosial şəbəkələrdəki paylaşımlarında Azərbaycan Ordusunun qələbəsindən sonra vahiməyə düşdüklərini gizlətmirlər. Onlar bu məsələdə açıq şəkildə Paşinyanı ittiham edirlər. Ermənistan əhalisi bizim qalib mövqedə olduğumuzu, Dağlıq Qarabağı tezliklə geri alacağımızı bilir. Onlar Paşinyanın Qarabağ məsələsində xalqını aldatdığını düşünürlər.

Ehtiyatda olan qüvvələrin, eləcə də çoxsaylı qocaların və yeniyetmələrin ciddi hazırlıq keçmədən Azərbaycan Ordusuna qarşı döyüşə göndərilməsi Paşinyan iqtidarının insan həyatına dəyər vermədiyinin bariz nümunəsidir. Bu da cəmiyyətdə hakimiyyətdən narazılığı artıran daha bir faktordur. 
Paşinyana qarşı artıq siyasi hücumlar da başlayıb. Yaranmış bu vəziyyətdə "Qarabağ klanı” Paşinyan iqtidarından revanş alınması üçün əlverişli fürsət yarandığını düşünür.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar formatı Xarici İşlər nazirlərinin son Moskva görüşündə dəyişməz olaraq qalıb. Ermənistan tərəfindən də formatın dəyişilməzliyi bir daha təsdiq edilib. Buna görə də Paşinyanı daha açıq şəkildə yalan danışmaqda və populizmdə ittiham edirlər. 
Məlumdur ki, Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Rusiya və digər bir çox ölkəylə münasibətlərində problemlər yaranıb.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, artıq hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. O, Soros tərəfindən idarə olunan bir adamdır: "Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir. Bu gün Paşinyan komandasının 90 faizi Soros, "Transparency International”, "Amnesty International”, "Human Rights Watch” və bu kimi çirkin təşkilatların nümayəndələridir”.

Beləliklə də, sorosçuların ölkədə hakimiyyətin əsas təmsilçilərinə çevrilmələri də indi burada ciddi narazılıq yaradır və bunun günahkarı qismində Paşinyan qəbul edilir. Ermənistan cəmiyyətində belə bir fikir hakimdir ki, Paşinyanın addımları ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. Məsələn, "7or.am” portalı yazır ki, indiki keyfiyyət göstəricilərinə malik bir dövlət, hökumət Ermənistanın intiharı deməkdir. Bu yanaşma cəmiyyətin böyük bir qismində də qəbul edilməkdədir. 

Məlumdur ki, Paşinyanın idarəçiliyi dövründə Ermənistanda sosial-iqtisadi problemlər daha da dərinləşib. Yoxsulluq, səfalət pik həddədir. O, xalqının sosial iqtisadi rifahını təmin edə bilmir. 

Bütün bunların fonunda Paşinyana qarşı hiss edilən narazılıq Ermənistanda hakimiyyətə qarşı yeni qiyamın olacağını istisna etmir. 
Təcrübəsizlikdə və siyasi klounluqda ittiham edilən Paşinyana qarşı artıq sözügedən klan aktiv fəaliyyətə keçib və yeni qiyama rəhbərlik etməyi özünə əsas hədəf seçib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol