• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan döyüşdə indi də qadın manekenləri və zərif cinsi qurban verir

Ermənistan döyüşdə indi də qadın manekenləri və zərif cinsi qurban verir
19.10.2020 12:34
Bu gün təcavüzkar ölkə Ermənistan cəbhədə canlı qüvvə itkisini kompensiya etmək üçün həm də könüllü olaraq qadınları döyüşlərə cəlb edir.
 
Cəbhədə ard-arda uğursuzluq və canlı və hərbi texniki qüvvə itkisi ilə üzləşən Ermənistan heç bir hərbi bacarığı olmayan zərif cinsin nümayəndələrinin ölümünə səbəb olur. Artıq bəlli olduğu kimi, işöğalçı ölkə onların çoxunun həyatını itirməsini etiraf edib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovanisyan Ermənistan ordusunun növbəti itkiləri barədə bildirərkən etiraf edib ki, ölən hərbi qulluqçular arasında qadın döyüşçülər də var.:
 
"Yadınızda saxlayın ki, çətin müharibədir, təkcə kişilərin deyil, qadın hərbi qulluqçuların da cəlb edildiyi ağır döyüşlərdir. Yaralılar və həlak olmuş qadın hərbi qulluqçularımız var” Hərbi əməliyyatların başladığı ilkin günlərdə qadınlardan ibarət batalyon yaradılması prosesinə başlanılması həm də Ermənistan mediasında geniş işıqlandırılıb. Zərif cinsin nümayəndələrindən ibarət batalyonun yaradılması ilə məşğul olan polis Polkovniki Marine Ayrumyan mediaya açıqlamasında bildirmişdi ki, döyüşmək üçün OMON-çu həmkarları ilə cəbhəyə yollanmaq istəsə də, onu qəbul etməyiblər. " O zaman mən qərara gəldim ki, qadın batalyonu yaradım, bununla bağlı Müdafiə Nazirliyinin polkovniki Qrişa Sarkisyanla razılaşdırdım.
 
On səkkiz yaşından 55 yaşa qədər qız və qadınların siyahısını qeydə alırıq. Bizə İrəvanda poliqon təşkil edilir, hazırlıqdan sonra cəbhəyə yollanırıq.” Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovanisyan bir çox qadın döyüşçülərin ölümünü bəyan etdikdən sonra bu gün bu gün feysbukda qadınlardan ibarət dəstə yaradılmasına başlanılması ilə bağlı məlumat paylaşıb.
 
Qeyd edib ki, Nari Syuni və Nare Xlğatyanın yaratdığı qadın dəstəsinə artıq 100 şəxs qeydiyyatdan keçib. Maraqlıdır ki, Arstrunyan Hovanesyanın facebook səhifəsində paylaşımında "Onlar bizim qızlarımız, bacılarımızdır, şərəfimizdir. Biz qalib gələcəyik”—deməsi sadəcə olaraq, pafosdan daha çox acizliyin ifadəsidir. Bir müddət əvvəl onun cəmiyyətə müraciətində Yerevanda avtomobildə yüksək səsli vətənpərvər mahnılar səsləndirilməsini tənqid edən keçmiş mətbuat sözçüsü bunun gerçək vətənpərvərlik olmadığını bildirmiş, hamını döyüşə səsləmişdi.
 
Görünür, onun çağırışından sonra onsuz da ağır iqtisadi və sosial durumda olan ölkənin ümidi qadın və gənc qızlara qalıb. Nare Xlğatyan xanımlara müraciət edərək onlara qoşulmağa səsləyib. Qeyd edib ki, 21 yaşdan yuxarı fiziki hazırlığı olan, müvafiq situasiyada öz rolunu və məsuliyyətini reallaşdıra bilən xanımlar yeni yaranan dəstəyə qoşula bilərlər. Silahla davrana bilən və bununla bağlı biliyi olan şəxslərə üstünlük veriləcək. "Biz eyni zamanda dünyanın istənilən yerində yaşayan erməni qadınlarına müraciət edirik.
 
Biz biz on nəfərik, sabah yüz, min .. nəfərlik ordu ola bilərik.”—çağırışı isə işğalçı ölkənin bundan sonra xaricdən qadın muzdluların da gətirilə bilmə ehtimalını daha da artırır. Bundan başqa, ermənilər cəbhədə səngərlərdə bir sıra təxribat və gülüş doğuran məqamlara da əl atırlar. Belə ki, sosial şəbəkələrdə yayılmış şəkillər göstərir ki, erməni hərbçilər azərbaycanlı əsgərlərin diqqətini yayındırmaq məqsədilə qadın hərbçiləri xatırladan manikenlər yerləşdirirlər. Bununla bağlı yayılmış fotolar işğalçı ölkənin tükənməkdə olan ordusunun mərkli əməllərinin daha bir sübutudur.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol