XİN-dən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarına REAKSİYA

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarının yayılması ilə bağlı KİV-in sorğusunu cavablandırıb.
"Son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların geniş yayıldığını müşahidə edirik.
Bu, növbəti dəfə radikal erməni qüvvələrinin terrorçu xislətinin təzahürüdür. Təəssüflə bildirmək istərdik ki, tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluq, hətta Ermənistanda dövlət səviyyəsində dəstəklənir. Hər kəsə yaxşı bəllidir ki, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törətmiş və bunların arasında 24 türk diplomatı qətlə yetirilmişdir. 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində Ermənistan tərəfindən ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmişdir.
Ermənistan silahlı qüvvələrinin bu ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində əl atdıqları təxribat nəticəsində də xarici ölkələrdəki radikal erməni qüvvələri tərəfindən yerli azərbaycanlı icma üzvlərinə, eləcə də diplomatlarımıza qarşı son dərəcə aqressiv əməllərin və nifrət zəminində cinayətlərin törədildiyini gördük.
Erməni radikal ünsürləri tərəfindən Azərbaycan və Türkiyə diplomatlarına qarşı təhdid dolu ismarışların, hətta onların öldürülməsi çağırışlarının yayılmasını qətiyyətlə pisləyirik.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























