DYP vətəndaşlara müraciət etdi

Nazirlər Kabineti Yanında Operativ Qərargahın məlum qərarı və müharibə şəraiti ilə bağlı ölkədə gedən proseslər, əlavə daha ciddi tədbirlərin görülməsi zərurəti yaradır.
O bildirib ki, hazırda koronavirusa yoluxma faktlarının çoxalması ciddi narahatlıq doğurur:
"Buna görə də yol polisi olaraq sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edirik. Xahiş edirik ki, marşurutlar üzrə avtobusların sayının mümkün qədər artırılmasını, interval müddətinin azaldılmasının, reysqabağı avtobusların dezinfeksiya edilməsini və hərəkət zamanı normadan artıq sərnişinlərin daşınmamasına xüsusi diqqət artırılsın.
Sərnişinlər də bu tələblərə ciddi riayət edərək öz sağlamlıqlarını qorumaq məqsədilə dolu avtobuslara minməsinlər. Eyni zamanda sərnişinlərin qoruyucu vasitələrdən istifadə etməsi və sosial məsafənin qorunması vacib faktordur ki, sürücülər də bunu təmin etməlidir. Ayrıca taksi fəaliyyəti ilə məşğul olanlar da qoruyucu, şəffaf arakəsmələrdən istifadəyə üstünlük verməlidir. Hazırkı durumda zolaqlar üzrə avtomobillərin sıx cərgələnməsi, hər kəsin şəxsi nəqliyyat vasitəsindən istifadə etməsinə üstünlük verməsi, ictimai nəqliyyatdan istifadə edənlərin sayının çoxluğu əsas verir ki, süni sıxlığın yaranması ehtimalını artırır. Ləngimə faktlarının qarşısının alınması üçün sürücülər dayanma-durma qaydalarına düzgün riayət etməlidir. Xüsusilə avtobus duracaqları zəbt edilməməlidir.”
V.Əsədov həmçinin tətbiq olunan komendant saatı ilə bağlı da müraciət edib:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























