• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Fransa XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Fransa XİN başçıları arasında telefon danışığı olub
19.10.2020 17:36
Bu gün Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub. Tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

XİN-in Mətbuat xidmətindən Anews.az-a bildirilib ki, C.Bayramov atəşkəsin rəsmi elan olunmasından sonra ikinci dəfə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə Fransa Xarici İşlər Nazirinə məlumat verib.

O qeyd edib ki, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və Füzuli, Cəbrayıl və Hadrut bölgələri istiqamətlərində hücum cəhdləri açıq şəkildə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini və Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqeləri yenidən ələ keçirməyi hədəf aldığını göstərir.
Nazir humanitar atəşkəsin pozmaqla bir daha Ermənistan Respublikasının beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə biganə olduğunu nümayiş etdirir.

Nazir Jean Yves Le Drian humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğulayıb və ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında təxirə salınmadan mahiyyət üzrə danışıqların zəruriliyini qeyd edib.

Nazir bu hərbi cinayətə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğuladı. C.Bayramov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol