Türk Şurasının Baş katibi Gəncəyə hücumları kəskin qınadı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Ermənistanın raket hücumuna məruz qalan Gəncəyə səfər edərək dağıntılar bölgəsində araşdırmalar aparıb.
Anews.az "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, o, jurnalistlərə açıqlamasında Gəncəyə hücumları kəskin şəkildə qınadıqlarını bildirib.
Dağlıq Qarabağdakı hadisələri yaxından izlədiklərini söyləyən Amreyev, "Türkdilli ölkələr, Türk dünyası və Türk Şurası Azərbaycanın işğal olunmuş ərazilərini xilas etmək hüququnu qeyd-şərtsiz dəstəkləyir. Bu müharibə qardaş Azərbaycan xalqı üçün vətən müharibəsidir. Dostumuz Azərbaycana sülh və qələbə diləyirik”, - deyə qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























