• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: Ordumuz Qarabağın yarısına nəzarət edir...

Zahid Oruc: Ordumuz Qarabağın yarısına nəzarət edir...
22.10.2020 09:51
Dünən Ali Baş Komandan İlham Əliyev tərəfindən bəyan edilən 21 kənd və bir qəsəbənin azad olunması xəbəri, Müzəffər Ordumuzun bütün döyüş xətti boyu əldə etdiyi nailiyyətlər, o cümlədən uğurlu Zəngilan əməliyyatı 26 gündür davam edən "sülhə məcbur etmə” adlı müharibənin qələbə ilə başa çatmasında misilsiz rol oynayacaqdır.
 
Rəşadətli əskər və zabitlərimizin fədakarlığı sayəsində cənub cinahında qoşunlarımızın Ermənistanla sərhəddə qədər irəlilədiyini görmək olar və bu istər strateji, istər taktiki baxımdan savaşın müqəddaratını həll edəcəkdir. İranla sərhəddə tam nəzarətin təmin olunması silahlı əməliyyatların coğrafiyasını qonşu ərazilərə keçirmək isətəyən düşmənin planlarını məhv edir. 70 km-dən artıq sərhəd zolağının tam nəzarət altına qayıtması, çoxəsrlik keçmişimizin, o cümlədən Gülüstan və Türkmənçaya aparan 2 yüz il əvvəlki hadisələrin axarını dəyişir, tarixi Araz çayının sahillərinə toparlanıb milli ordumuzun qəhrəmanlığını alqışlayan sıravi İran vətəndaşlarının təhlükəsizliyini, eləcə də rəsmi Tehran hakimiyyətinin ölkəmizlə dostluq münasibətlərinə və tərəfdaşlığına sadiq qalması üçün böyük əhəmiyyət kəsb edir.
 
Naxçıvanla ən yaxın quru sərhəddinin, o cümədən tarixi Zəngəzurla qonşuluğun və Nüvədi-Meğri dəhlizinin ön dağlıq hissələrinə gətirib düzülən Rusiya bayraqları Zəngilanın ən ucqar nöqtəsi olan Ağbənd kəndinin strateji qovşaq olduğuna təminat verir və bununla da indiyədək azad olunan 121 kənd, qəsəbə və 4 rayon mərkəzinin, eləcə də qazanılan strateji yüksəkliklərin yaxın hərbi əməliyyat şəraitinə diqtə etməyə şərait yaratması Qarabağın və işğal olunmuş torpaqların yarısına Şanlı Ordumuzun nəzarət etməsinin sübutudur və dünya hərb tarixinin istər klassik, istərsə də müasir dövrünün ən parlaq səhifələridir. Birinci və ikinci müdafiə xətlərinin darmadağın edildiyi və arxa cəbhədə qısa müddətə dayanıqlı istehkamların qura bilinməzliyi Ermənistanın hərbi kapituliyasiyasını qaçılmaz edir.
 
Dünən İrəvan rəhbərliyinin xalqa dördüncü dəfə səfərbərlik çağırışı ilə müraciət etməsi nizami 40 minlik ordusunun döyüş meydanlarında məğlub olmasının məsuliyyətini vətəndaşlarla bölüşməyə çalışmasını göstərir və kənd icra orqanlarının marzaları, bələdiyyə rəhbərləri, uğursuz sorosçu şəhər merləri isti kabinetlərini göydən tökülən kamikadze dronlarının yağışı altına və soyuq səngərə dəyişəsi deyillər. Dünən Ermənistanda sabiq prezidentlərin görüşü dövlət idarəçiliyi böhranının pik nöqtəyə, prezident Armen Sarkisyanınsa KTMT-yə deyil, NATO rəhbərliyi ilə görüşə gedərək ümidsiz qayıtması xarici siyasət kursunun iflası deməkdir.220 illik savaşı prezident İlham Əliyevə uduzan və bununla da 10 milyonluq dünya erməniçliyinin tarixi ideallarını qoruya bilməyən Paşinyanı rumın lideri Çauşeskunun taleyi gözləyir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol