"Elmar Vəliyev heç özünü tanımır" - Vəkilindən Açıqlama

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev ona qarşı sui-qəsdlə bağlı cinayət işində zərərçəkmiş qismində tanınsa da, nə istintaqda ifadə verib, nə də məhkəməyə gəlir.
"Dindirmələrə zərərçəkmişlərdən başlansın. Zərərçəkmiş qismində tanınan şəxslərin hamısı, o cümlədən Elmar Vəliyevin də məhkəmədə iştirakı təmin olunsun. Elmar Vəliyev hadisənin iştirakçısıdır, cinayət işi onun üzərində qurulub. Onun dindirilməsi vacibdir. Vəsatətimiz də budur ki, Elmar Vəliyev bura gəlib ifadə versin. Məhkəmənin göstərişinə əməl etmək hər kəsin borcudur", – vəkillər oktyabrın 20-də məhkəmədə bu vəsatəti qaldırıblar.
Vəkil əlavə edib ki, E.Vəliyev hazırda Türkiyədə müalicədədir./azadlıqradiosu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























