• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: Polkovnikin geri çəkilmək xahişinə Paşinyanın əmri dəhşətlə nəticələnib…

Zahid Oruc: Polkovnikin geri çəkilmək xahişinə Paşinyanın əmri dəhşətlə nəticələnib…
22.10.2020 12:24
Mötəbər informasiya mənbələri əsasında bir sıra sensasion sayıla biləcək cəbhə xəbərlərini indi bölüşmək olar.
 
Məlumatlardan biri genişmiqyaslı hərbi əməliyyatların 3-cü günü, yəni 29 sentyabrda Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı 9-cu polkun 18-ci motoatıcı diviziyasının komandiri Artyom Poqosyanla Paşinyan arasında gedən telefon danışıqlarına aiddir. Azərbaycan ordusunun görünməmiş miqyasda bütün parametrlər üzrə üstünlüyünü anındaca hiss edən diviziya rəhbəri telefonla baş nazirdən xahiş edir ki, əsas zərbə nöqtəsi sayılan cənub cinahında yerdən və göydən üstlərinə yağan mərmilərin, bombaların zərbəsindən qorunmaq üçün icazə versinlər onlar 2-ci müdafiə xəttinə çəkilsinlər, uşaqları qorusunlar, sonra hücuma keçmək üçün səfərbər olunarlar.

Küçə aksiyaları ilə səngəri səhv salan və döyüş əmrlərini hərbi qərargahlardan deyil, birbaşa İrəvandakı isti kabinetlərdən idarə edən hökumət başçısı Poqosyana "bir addım da geri atmaq olmaz” əmrini verir. Nəticədə diviziya tamamilə darmadağın edilir, şəxsi heyət büsbütün məhv olur, komandir yaralanır və cəmi 3 nəfər salamat qalır.

Onlar həyatını itirən yüzlərlə hərbçinin qanı üzərindən özünün reklamını quran Araik Arutyunyanın buna görə cavab verəcəklərini, taktiki geriçəkilməyə yol verilmədiyi üçün siyasi rəhbərliyin özünə qurduqları təbliğatı kəskin pisləyirlər, hesab gününü gələcəyini açıq bildirirlər və belə itaətsizliyi görən hakimiyyət orqanları Poqosyanı 5 gün İrəvanda saxladıqdan sonra MTN tərəfindən həbs etdirib.

Hazırda komandir istintaq altındadır.

Başqa bir məlumatda bildirilir ki, erməni informasiya texnoloqlarının bu müharibəyə qatdıqları dramatizm fonunda bütün dünyaya yaydıqları simvol-savaşın erməni siması olan əskər Albert Ovanisyanın taleyi ilə bağlı dəhşətlərdir. Sən demə 5 oktyabr tarixindən döyüşlərdə öldürülən "əfsanə”, ağır antisanitar şəraitdə xidmət edənlərdən biri kimi səyyar qida və geyim təminatının pis olmasından daim gileylənib, məhv edildikdən sonra isə şəxsən birinci xanım Anna Akopyanın tapşırığı ilə bir neçə gün İrəvan morqunun soyuducusunda saxlanıb ki, hərbi uniformalı ledi öz səhifəsindən kədərli statuslarını paylaşıb özünə xalq qazansın.
 
Müəlliflər qeyd edir ki, Albert Ovanisyanın ata-anası neçə gün bütün ölkəyə axtarış verib oğlunu axtardığı halda "hakim dəlilər ailəsi” qələbə simvolu-gündən-günə itirlən torpaqların fonunda özlərinə siyasi kampaniya aparırdılar. Digər bir xəbər, Hindistandan alınan Su-30 təyyarlərinə hər hansı raket alına bilinmədiyi üçün onların yararsız qalmasına dairdir.Maraqlıdır ki. Rusiyadan bunun üçün bütün erməni milyonçuları birləşsələr də, Suriyaya göndərildiyinə görə zavodlar abramyanların, karapetyanların tələblərini yerinə yetirməyiblər.Ona görə onsuz da çox böyük otkatla alınmış təyyarələr Paşinyanın çevrəsindəki antimlli və sorosyanlı komandasına milyonlarla qazandırdığı halda indi müharibədə ordunun işinə yaramır. Digər bir məqam, 2008-ci ildə 5 günlük müharibəyə cəlb olunan Mixail Saakaşvili ilə Paşinyan arasında erməni cəmiyyətində aparılan paralellərdir.Xatırlayırınızsa, Rusiya təyyarəsini görərkən mühafizəçiləri gürcü prezidenti yerə uzanmağa və qorumağa cəhd etmişdilər.
 
Hər bir halda Saakaşvili təhlükənin qarşısından qaçmamışdı. Deməli, İrəvan siyasi teatrında isə əsil absurd səhnəsi yaşanıb. Belə ki, Paşiyan Sünikdə aktivlərlə görüşəcəyini bildirərək onların bir zala toplanmasını əmr edir. Görüş vaxtı baş nazirin qulağına yerli rəhbərlərdən biri pıçıldayır ki, Görusda PUA-lardan atəş açılıb. Xalqı özünümadafiəyə səsləyən Münhauzen dərhal əshabələri ilə birgə görüş yerini tələm-tələsik tərk edir və sonra məlum video çəkilişlərini məhv etməyi tapşırır.
 
Ən dəhşətlisi, Ermənistan rəsmi Bakının "meyidlərinizi gəlib Tovuz sərhədlərindən alın” çağırışı ətrafında apardıqları müzakirələrdir. Vahimə və qorxunc iddialarla müşaiyət olunan informasiyalarda rəsmi İrəvanın günlərdir cəsədləri almaqdan imtinasının erməni cəmiyyətində baş verəcək kütləvi şok və ondan sonra baş qaldıracaq üsyanlarla bağlı olduğu deyilir. Bildirilir ki, rəsmi təsdiqlənən 834 nəfər fiziki itkilər fonunda ən azı 1550 nəfər cəsəd sərhəddə qəbulunu gözləyir.

Bəli, Ermənistan informasiya məkanına "demokratik senzura”nın tikanlı məftilləri nə qədər sərt çəkilsə də hakimiyyətin xaos və iflasın bir addımlığında olduğu, həqiqətləri gözlədə bilmədiyi göz qabağındadır.

Müharibə Paşinyanı, onun timsalında da erməni dövlətçiliyini süqutla üz-üzə qoyub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol