• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Azərbaycan və Rusiya əməkdaşlığından yazdı

İlham Əliyev Azərbaycan və Rusiya əməkdaşlığından yazdı
23.06.2014 13:31
Ənənəvi olaraq təşkil edilən forumlar iki dost ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi yolunda təsirli vasitəyə çevrilib”.Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin bu gün Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına ünvanladığı məktubda qeyd olunub. “APA-Economics”in məlumatına görə, məktubu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub. Müraciətdən bildirilir ki, forum əldə edilən uğurların təhlili və aktual məsələlərin müzakirəsi, prioritet sahələrin və birgə fəaliyyətin yeni formalarının müəyyən edilməsi üçün faydalı olacaq. Prezident qeyd edib ki, hazırda Azərbaycan və Rusiya subyektləri arasında ticari-iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün böyük potensial var: “Bizim ölkələrimizdə etibarlı tərəfdaşlıq münasibətlərinin bərqərar olması və əlverişli investisiya mühitinin mövcudluğu regionlararası iqtisadi əlaqələrə özəl biznesin daha aktiv cəlb edilməsi üçün lazımi şərait yaradır. İndiyədək energetika, kənd təsərrüfatı, bank işi, turizm və nəqliyyat sahələrində əldə edilmiş müsbət təcrübədən çıxış edərək biz yaxın gələcək üçün yeni məqsədləri müəyyən edə bilərik. Eləcə də əməkdaşlığımızın vacib komponentləri olan humanitar inkişaf və informasiya mübadiləsi sahələrinə diqqət artırılmalıdır. Bunun üçün layihələr və aydın perspektivli işlək mexanizmlər hazırlamaq lazımdır”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol