• $
  • €
  • ₽
  • ₺
  • £

"Tənqidlərimizdən sonra Komitə sədrinin ölməsi..."

"Tənqidlərimizdən sonra Komitə sədrinin ölməsi..."
23.06.2014 11:45
"Arif Vəliyevi ölüm həddinə çatdıracaq, onu sarsıda biləcək açıqlamalarım, fikirlərim olmayıb. Bizim tənqidlərimizin DSK sədri ilə əlaqəsi yox idi. Qanunvericilikdəki boşluqları tənqid etmişəm. Düşünmürəm ki, mərhurm Arif Vəliyev bizim tənqidlərimizdən dolayı dünyasını dəyişib. O, uzun müddət xəstə  olub". 
 
Bunu Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı parlamentinin sonuncu iclasında səsləndirilən tənqidlərdən sonra Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin dünyasını dəyişməsinə münasibət bildirərkən qeyd edib.  
 
Bildirək ki, parlamentin iyunun 20-də keçirilən iclasında bir neçə millət vəkili  İnzibati Xətalar Məcəlləsində statistik məlumatlarla bağlı sanksiyaların müzakirəsi zamanı Dövlət Statistika Komitəsinin ünvanına tənqidlər səsləndirib.
 
Müzakirələr zamanı çıxış edən Sabir Rüstəmxanlı isə bildirib ki, Dövlət Statistika Komitəsinin fəaliyyəti Milli Məclisdə müzakirə olunmalıdır: “Komitənin məlumatı hərdən yanlış olur, hərdən də insanların hissiyyatına toxunan formada verilir”.
 
VHP sədri qeyd etdi ki, onun A.Vəliyevlə yaxşı münasibətləri olub: "Yay vaxtı birgə istirahət etdiyimiz günlər olub. Səbrli adam idi. İnanmıram ki, bizim parlamentdəki çıxışlarımız onun həyatına son qoysun. Tənqidlərimizdən sonra onun ölməsi, sırf təsadüfdür. Statistika Komitəsində olan problemlərin heç də hamısı onun sədri ilə bağlı olmayıb. Qanunvericilikdəki boşluqlar tənqid olunub. Görünür, ağır xəstə imiş və qədəri bura qədərmiş. Allah rəhmət eləsin".
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol