"Fransalı müxbir təxribatçı sualları ilə məqsədinə çatmadı"- Deputat

"Sentyabrın 27-dən bugünə qədər davam edən qələbə dolu tarixi zəfər günlərimizdə Azərbaycan Prezidentini, Ali Baş Komandan İlham Əliyevin ən müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr yaşadığımız qürur tariximizin özü qədər tarixidir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti öz müsahibələrində rəsmən bir qalib sərkərdə kimi hərbi –siyasi müstəvidə ordumuzun və diplomatiyamızın yolunu açır, onun irəliyə doğru maneəsiz hərəkət etməsi üçün bu müqəddəs yolu bir növ hərbi-strateji və diplomatik minalaradan, tələlərdən təmizləyir: "Beləliklə, milli diplomatiya tariximizin yeni əsaslarını və strategiyasını təyin edir. Həm də bunu təkcə milli diplomatiya tariximizə yazılacaq üslub və tərzdə deyil dünya diplomatiya tarixinə yazılacaq səviyyədə edir. Sonuncu belə nümunə Prezident İlham Əliyevin Fransanın "Figaro” qəzetinə verdiyi müsahibədir. Müxbirin təxribatçı, sətiraltı məzmunlu, riyakar, çaşdırıcı hətta bəzən də hədələyici suallarına Prezident İlham Əliyev elə səbr, təmkin və və iti siyasi-diplomatik zəka ilə cavab verirdi ki, mən hər dəqiqəsi qol vəziyyəti olan maraqlı bir futbol matçını izləyirmiş kimi nəfəsimi tutaraq izləyirdim və qürur duyurdum. Çünki bütün hallarda yaranmış mürəkkəb vəziyyət Prezident İlham Əliyevin mükəmməl kombinasiyalarından sonra bizim lehimizə qolla nəticələnirdi.

"Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi...Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik”. Bu cavabda ən azı üç məsələ var. Birincisi, "Dağlıq Qarabağ” "iqnor" edilir və Ermənistan Azərbaycana qarşı hücuma keçdi deyilir. İkincisi, hücumun nəticəsində mülki şəxslərin qurbana çevirilməsi qeyd edilməklə diqqət erməni terroruna çəkilir, üçüncüsu, deyilir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazilərini bərpa edir və edəcək. Nə qədər sərrast, dolğun və məzmunlu cavabdır. Görünür, fransalı müxbir o qədər qərəzli, ya da lap deyək ki , məlumatsızdır ki, başa düşmür ki, bir ölkə öz legitim ərazisinə qarşı, öz torpağına qarşı necə hücuma keçə bilər və burada hansı siyasi məqsəddən söhbət gedə bilər. Bu sualı verən zehniyyət, "biz Qarabağın ikinci dəfə fəth olunmasına icazə verməyəcəyik” zehniyyətidir. Ona görə də müxbirin bu sualı nə məlumatsızlıqdan, nə qərəzlilikdən irəli gəlirdi”.
H.Məmmədov bildirib ki, fransalı müxbirin sualları əvvəlcədən siyasi mətbəxdə hazırlanmış xüsusi missiyalı təxribatçı sual idi: "Ancaq o, məqsədinə çatmadı. Başqa bir sualda da yuxarıda qeyd etdiyim hədələyici ton var idi. Sual belə idi: "Bu, mənim sonuncu sualımdır. Cənab Prezident, Siz qorxmursunuz ki, bir müddətdən sonra Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr məsələsinə diqqətini cəmləmək üçün öz dəstəyini və Qafqazdakı siyasətini dayandırar?”. Bu sualın sətiraltı məzmunu ondan ibarətdir ki, Fransa hazırda Aralıq dənizində maksimum ziddiyətlər yaratmaqla mümkün müharibə perspektivlərini nəzərdən keçirməyə çalışır və ciddi müttəfiqlər axtarışındadır. Kipr adası ətrafında bu senari baş tutarsa, Türkiyə müharibəyə cəlb edilə və Azərbaycan yaddan çıxa bilər. Ya da Türkiyənin siyasi dəstəyi indiki qədər olmaz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























