• $
  • €
  • ₽
  • ₺
  • £

"Bəzi dünya ölkələri kişi kimi arxamızda durdu" - İlham Əliyev

"Bəzi dünya ölkələri kişi kimi arxamızda durdu" - İlham Əliyev
26.10.2020 14:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son çıxışı vaxtı Minsk qrupu həmsədrlərinin Qarabağ məsələsi ilə bağlı sənədlərin dəyişdirilməsinin istənilməsi məsələsinə də toxunub.

Anews.az xəbər verir ki, Prezident İlham Əliyev çıxışı zamanı münaqişənin həlli üçün kifayət qədər hüquqi baza olduğunu vurğulayaraq, deyib: "Biz bu bazanı genişləndirmişik. Bu gün təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələri yox, digər sənədlər də mövcuddur. BMT Baş Assambleyası qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı suverenliyimizin, sərhədlərimizin toxunulmazlığı haqqında, ərazi bötüvlüyümüz haqqında xüsusi müddəalar var. Yəni bu hüquqi bazadır. Bu baza bizə imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək. Qovaq onları”.

Prezident İlham Əliyev çıxışında Minsk qrupunun həmsədr ölkələrinin BMT Təhlükəsizlik Şurasının ard-arda çağırdığı iclasa və ortaya çıxarılmış yeni sənədə qarşı da mövqeyini bildirib: "Baxın, bu yaxınlarda nə baş verib? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu eləmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etməyib. Bu dəfə də bir neçə gün bundan əvvəl yeni sənədin ortaya çıxdığından xəbər tutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, 3 həmsədr ölkəsi digər BMT Təhlükəsizlik Şurasına üzv ölkələrinə böyük təzyiqlər edirdi. Nə idi bunun məqsədi? Məqsəd aydın idi. 1993-cü ildə qəbul edilmiş qətnamələr, harada deyilib ki, Ermənistan Silahlı Qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. İstəyirlər ki, onlar kölgədə qalsın.
 
Onlar arxada qalsın. Ya qüvvədən düşsün, ya da öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Nə qədər ədalətlidir? Yenə işğalçıya dəstək göstərmə cəhdini gördük. Amma nəticədə nə oldu? Keçmədi. Necə keçmədi? Kişi kimi Qoşulmama Hərəkatı üzv ölkələri buna imkan vermədi. Bizə dəstək göstərdilər. Sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq olundu. Bəlkə də hədələr olundu. Amma bizim arxamızda durdular kişi kimi. Necə ki, biz onların arxasında dururuq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol