Kreml: Qarabağ məsələsi Rusiya ilə ABŞ arasında rəqabət meydanına çevrilməməlidir

Qarabağ münaqişəsinin siyasi həlli Rusiya ilə ABŞ arasında rəqabət meydanına çevrilməməlidir.
TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşü zamanı bildirib.
"Hazırda kəskin mərhələdə olan Qarabağ böhranının həlli hər hansı rəqabət üçün meydan olmamalıdır və ola bilməz”, - deyən Kreml rəsmisi bu istiqamətdə ABŞ-ın Rusiyadan daha çox iş görüb-görməməsinə dair suala cavab verərkən deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























