• $
  • €
  • ₽
  • ₺
  • £

Düşmən Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu atəşə tutdu - RƏSMİ

Düşmən Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu atəşə tutdu - RƏSMİ
27.10.2020 09:32
"Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən "Euronews” çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik”.


Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 


Onun sözlərinə görə, Ermənistanın bu hücumunu azad sözə və peşəkar jurnalistikaya təcavüz kimi qiymətləndirilir:


"Xoşbəxtlikdən raket hədəfdən yayınıb, çəkiliş qrupu xəsarət almayıb. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəyib. Üzərində "Euronews”un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli və məqsədyönlü xarakter daşıyıb.  


"Euronews”un reportajında raketin hərəkətdə olan nəqliyyat vasitəsinin üzərindən yaxın məsafədən keçdiyi aydın şəkildə görünür.


Bundan əvvəl Azərbaycan media nümayəndələri də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub, jurnalistlər arasında yaralananlar olmuş, çəkiliş qruplarının nəqliyyat vasitələrinə zərər dəyib”.


"Azərbaycan tərəfdən hərbi əməliyyatlar barədə reportajlar hazırlayan beynəlxalq media nümayəndələri öz ölkələrinə qayıtdıqda belə erməni lobbi dairələrinin verbal və fiziki hücumları, şantajları və təhdidləri ilə üzləşirlər.


Bəzi hallarda erməni lobbisinin təzyiqləri altında peşəkar fəaliyyətini həyata keçirən jurnalistlər işlərini itirməli olurlar. Fransanın TF1 televiziya kanalına və onun Azərbaycandan reportaj hazırlamış çəkiliş qrupuna Fransa erməni lobbisi tərəfindən olan hücumlar bunun bariz nümunəsidir.  


Hazırda Azərbaycanda 70-dən artıq beynəlxalq media nümayəndəsi fəaliyyət göstərir. Cəbhədəki əməliyyat şəraitinə uyğun olaraq onların cəbhədən reportajlar hazırlamasına və öz peşəkar fəaliyyətini həyata keçirməsinə imkan yaradılır”, - deyə H.Hacıyev qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol