• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa Türkiyənin boykot çağırışına cavab verib

Fransa Türkiyənin boykot çağırışına cavab verib
27.10.2020 11:00
"Türkiyənin Fransa istehsalı olan malları boykot etməsinə qarşılıq verməyəcəyik”.

CNNTurk xəbər verir ki, bunu Fransanın ticarət naziri Frank Rister Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın boykot çağırışına cavab olaraq bildirib.

Onun sözlərinə görə, Türkiyə hökuməti və R.T.Ərdoğanla görüşləri davam etdirəcəklər.

Qeyd edək ki, Aralıq dənizinin şərqində və Liviyadakı hadisələr, habelə Məhəmməd peyğəmbərin təhqir edilməsi ilə bağlı Parisdə yayılan şəkillər səbəbindən iki ölkə arasında gərginlik yaşanır. Fransa prezidenti Emmanuel Makron ötən ay rəsmi Ankaranın Aralıq dənizinin şərqində özünü "NARO müttəfiqi kimi aparmadığını” bildirib. Oktyabrın 26-da Rəcəb Tayyib ərdoğan ölkə vətəndaşlarına Fransa istehsalı olan məhsulları boykot etməyə çağırış edib.

Xatırladaq ki, Fransa Avropada Türkiyənin 3-cü böyük ticarət ortağıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 14,677 milyard avro olub. Bu, 10 il əvvəllə müqayisədə 47,4% çoxdur və ticarət dövriyyəsinin 17 milyard avroya qədər artırılması planlaşdırılır.

2014-cü ildən indiyə qədər Türkiyənin Fransaya ixracının dəyəri Fransanın Türkiyəyə ixracının dəyərini üstələyib. Məsələn, 2019-cu ildə sözügedən rəqəmlər müvafiq olaraq 8,7 milyard avro və 5,9 milyard avro olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol