Hikmət Hacıyev Fulya Öztürkə təşəkkür etdi – VİDEO

Hikmət Hacıyev ötən gün Bərdədə olarkən Ermənistan Silahlı Qüvvələri Gəncədə mülki əhalini atəşə tutan zaman hadisəni dünyaya anbaan çatdıran "CNN Türk” müxbiri Fulya Öztürkə də təşəkkür edib.
Anews.az xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri onun təqdim etdiyi xəbərləri izləyərkən gözlərinin yaşardığını etiraf edib:
"Qəhrəmanlıq nümunəsi göstərirsiniz. Sizin verilişlərə baxanda adamın gözləri yaşarır. Sağ olun, var olun. Qəhrəmancasına vuruşursunuz, əsgərlərimiz ön cəbhədə, siz də bu cəbhədə. Azərbaycan xalqının haqq səsini dünyaya çatdırırsınız. Azərbaycanda sosial mediada qəhrəmana çevrilmisiniz”.
F. Öztürk də, H. Hacıyevə təşəkkür edib: "Həqiqətən də çox çətindir, amma biz hər zaman yanınızdayıq. Hər zaman dünyaya çatdıracağıq və buradakı hər şeyi deyəcəyik”.
Həmin anları təqdim edirik:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























