• $
  • €
  • ₽
  • ₺
  • £

“Bizdə olan məlumata görə Cəlal Arutunyan məhv edilib" - Kamran Əliyev

“Bizdə olan məlumata görə Cəlal Arutunyan məhv edilib" - Kamran Əliyev
30.10.2020 15:29
"Bu raketlər həmin ölkənin yüksək rəhbərliyində təmsil olunan şəxslərin əmri ilə atıla  bilər”.

Anews.az məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror deyib ki, Araik Arutunyan və digərlərinin sosial şəbəkələrdə Azərbaycanın dinc əhalisini məhv etməyə çağırışlar var: "Məqsəd dinc əhalini qorxutmaqdır. İstintaqın ilkin nəticəyə görə, Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistanın nümayəndəsi Araik Arutunyan, onun köməkçisi David Babayan, Cəlal Arutunyan və qondarma qurumun qondarma "parlamenti”nin nümayəndəsi Armen Babacanyanın cinayət məsuliyyətinə сəlb edilməsi üçün Baş Prokurorluq tərəfindən müvafiq qərarlar çıxarılıb, onlar barədə axtarış elan edilib. Azərbaycanın müvafiq qurumlarına, o cümlədən İnterpola müraciət olunub”.

K. Əliyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəlal Arutunyan barədə preventiv tədbirlər görülüb: "Bizim məlumata görə, o, məhv edilib. Ermənistan tərəfi isə hələ onun yaralı olduğunu bildirir, ölümü təsdiqlənmir. Bizdə hələlik rəsmi təsdiq olmadığına görə Cəlal Arutunyan barədə axtarış elan olunub. Ölümü təsdiqlənsə, onun haqqında cinayət işi xətm olunacaq. Onu da deyim ki, onlar təkbaşına deyil, Ermənistanın digər vəzifəli şəxsləri ilə birlikdə bu cinayəti törədiblər. Bu, ilkin istintaqın nəticələridir”.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol