Livan ermənilərinin döyüşə getməsinin əsl səbəbi açıqlandı

Heç kimdə şübhə doğurmur ki, işğalçı Ermənistan silahlı qüvvələrinin sıralarında kifayət qədər muzdlular da yer alıb. PKK terrorçularını da sıralarına cəlb edən düşmən, Livandan olan erməniləri də Dağlıq Qarabağa gətirir.
"Qafqazinfo" "Reuters"ə istinadən xəbər verir ki, Livandan olan ermənilərin döyüşə qatılmasının əsas səbəbi Livanda üzləşdikləri maliyyə sıxıntılarıdır. "Onların da ağlına gəlməzdi ki, nə vaxtsa maliyyə sıxıntısına görə belə bir addım atarlar", - deyə agentliyin yazısında bildirilir.
Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, xarici ölkələrdəki erməni diasporunun bəzi üzvləri də Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün geri qayıdır. Bildirilir ki, ABŞ və Argentinadan yüzlərlə insan artıq hərbi hazırlıq keçmək üçün Ermənistana gəlib.
Livan parlamentinin deputatı, "Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan da bildirib ki, 20-dək erməni Ermənistana gedib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























