“Azərbaycan şirkətlərinə qarşı terror aktları ola bilər”

"Ermənistan öz arsenalında olan ağ fosforlu silahlardan geniş şəkildə istifadə etməyə başlayıb”.
Anews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu yaxınlarda Füzuli rayonunda fosforlu silahın 3 mərmisi tapılıb və ANAMA tərəfindən zərərsizləşdirilib: "Bu mərmilər partlamır, torpağı dəlib içəri girirlər. Fosforlu silahlar tənəffüs yolları ilə bədənə daxil olaraq zəhərləyir, dəriyə toxunduqda sümüyə kimi yandıra bilirlər. Ermənistan bundan öncə də ballistik raketlər və ağır artilleriyadan Azərbaycanın mülki əhalisinə qarşı istifadə edib. Azərbaycanın Gəncə, Bərdə, Naftalan, Tərtər və digər rayonlarına Ermənistan tərəfindən raket atılıb.
Ermənistanın Azərbaycana qarşı assimetrik və hibrid müharibəyə başlamaq niyyəti barədə məlumatlar daxil olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























