• $
  • €
  • ₽
  • ₺
  • £

Parlamentdə Araz kursları və liseylərlə bağlı – Müzakirə

Parlamentdə Araz kursları və liseylərlə bağlı – Müzakirə
20.06.2014 13:58
Parlamentinin iyunun 20-də keçirilən iclasında “Çağ Öyrətim” məktəblərinin və “Araz” kurslarının bağlanması məsələsi qaldırılıb. "Qafqazinfo" xəbər verir ki, deputat Fazil Mustafa qeyd edib ki, həmin məktəblərin bağlanması strateji və tarixi səhvdir: 
“Biz bir neçə ildən sonra bu qərarın nə qədər yanlış olduğunu və Azərbaycan təhsilinə ağır zərbə vurduğunun şahidi olacağıq. Kampaniyaçılıq heç vaxt yaxşı olmayıb. Mən bir ingilis məktəbinin də bağlanmasının əleyhinəyəm. Son buraxılış imtahanlarının nəticəsi onu göstərdi ki, 53 faiz şagird Ana dilindən 3 alıb. Bağlanan məktəblərdə on minlərlə müəllim işsiz qalacaq. 3 ay ərzində bu qədər müəllimi hara, necə yerləşdirəcəklər? Onların əksəriyyəti işsiz qalacaq. Oturuşmuş bir təhsil şəbəkəsini bu formada dağıtmaq doğru deyildi. Heç olmasa qəbulu dayandırardılar, təhsil alanlar isə təhsilini davam etdirərdilər. Türkiyə ilə bağlı siyasi proseslər gedir. Orda baş verənləri bura tətbiq etmək düzgün deyil. Bu məktəblərin taleyi ilə bağlı qərarı bu cür vermək olmaz. Turan Yazqanın da məktəbi var. O da sıxışdırılıb. Nə olar ki, ökədə rus, türk məktəbi də olsun. Bu qərarın gələcək Azərbaycan təhsilinə bir zərbə vurduğunu görürəm və bunu indidən deməyi özümə mənəvi borc bilirəm”. 
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Fazil Mustafanın çıxışına etiraz edib: “Mən Fazil Mustafanın türk məktəblərinin bağlanması ilə bağlı narahatlığını bölüşmürəm. Məktəblər dövlətin təsiri altındadır. Hər hansı dinin və ideologiyanın təsiri altında olmamalıdır. Ona görə ARDNŞ-nin qərarını alqışlayıram. Vaxtında verilmiş düzgün qərardır”.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol