• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistan tərəfindən saxta döyüş səhnələri hazırlanır” - Hikmət Hacıyev

“Ermənistan tərəfindən saxta döyüş səhnələri hazırlanır” - Hikmət Hacıyev
04.11.2020 18:56
rmənistan və qondarma rejim tərəfindən biri digərinə zidd olan çoxlu sayda yalan və saxta məlumatlar yayılır. Nəticədə bu kimi saxta məlumatların ifşası üçün Azərbaycan tərəfinin müdaxiləsinə ehtiyac qalmır.

Anews.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.

Prezidentin köməkçisi deyib ki, Ermənistanın müdafiə nazirinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni hərbçilərlə fotoşəkli Ermənistanın muzdlularla bağlı saxta kampaniyasını alt-üst etdi: "Ermənistanın Müdafiə Nazirliyi və digər qurumları yeni muzdlu barədə məlumat verəcəklərini bəyan etdikləri halda, Ermənistanın Ədliyyə Nazirliyi üçüncü muzdlunun olmadığını etiraf etdi.
 
Yəqin ki, səhnələşdirilmiş teatr üçün müvafiq şəxsi tapa bilməyiblər. Süni ruh yüksəkliyi yaratmaq üçün özünü bloqqer adlandıran şəxslər cəlb olunaraq Ermənistan tərəfindən həmçinin saxta döyüş səhnələri hazırlanır.

İşğaldan azad edilmiş ərazilərimizdə mülki insanın öldürülməsi barədə qondarma rejimin yaydığı məlumat növbəti dezinformasiyadır. Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biri də odur ki, Azərbaycan mülki insanlarla savaş aparmır".

Hikmət Hacıyev qeyd edib ki, Xocalı soyqırımı insanlıq əleyhinə cinayətin bariz nümunəsi olaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əsil mahiyyətini nümayiş etdirdi. İrqi ayrı-seçkilik əsasında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı etnik təmizləmə törədilib. Onun sözlərinə görə, Tərtər, Gəncə, Bərdə və digər şəhərlərin mülki əhalisinin, o cümlədən azyaşlı uşaqların raket hücumları ilə qətlə yetirilməsi Ermənistanın Xocalı soyqırımı siyasətinin davamıdır. Dəyişən yalnız istifadə olunan vasitələrdir. Ermənistan silahlı qüvvələrinin doktrinasında və döyüş hazırlığında mülki Azərbaycan əhalisinin hədəfə alınması müəyyən edilmiş məqsədlərdən biridir.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan mülki insanlar üçün ən böyük təhlükə Ermənistan və kriminal xunta rejimidir. Onlar tərəfindən mülki insanlara qarşı cinayətlərin törədilməsi və sonra buna görə Azərbaycanın günahlandırılması halları istisna edilməməlidir:
 
"İşğal olunmuş ərazilərimizdə yaşayan mülki erməni əhalisini ayıq-sayıq olmağa və hərbi əməliyyatların getdiyi ərazilərdən kənar durmağa çağırırıq. Azərbaycanın nəzarətində olan əraziyə keçmək istəyən mülki insanlara beynəlxalq humanizm prinsipləri əsasında bütün lazımi yardım və dəstək göstəriləcək

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol