Bayden Miçiqanda Trampı geridə qoydu

ABŞ-da Demokratlar pariyasından prezidentliyə namizəd Co Bayden Miçiqan ştatında rəqibi Donald Trampı üstələyib.
"RİA Novosti” xəbər verir ki, bülletenlərin 94%-nin hesablanmasından sonra ortaya çıxan nəticələrə görə, Bayden Miçiqanda səslərin 49,4%-ni, Tramp isə 49,0%-ni toplayıb. Bir neçə saat əvvəl isə bu ştat üzrə Tramp liderlik edirdi.
Qeyd edək ki, bülletenlərin 94%-nin hesablanmasından sonra ştatalar üzrə nəticələr belədir:
Şimali Karolina – Tramp 50,1%, Bayden 48,6%
Viskonsin – Bayden 49,4%, Tramp 48,8% (bülletenlərin 97%-nin hesablanmasına əsasən)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























