Vergi güzəştləri yeni sistem vasitəsilə qiymətləndiriləcək - Baş nazirdən QƏRAR

"Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Hazırda Maliyyə Nazirliyinin cəlb etdiyi podratçı tərəfindən vergi və gömrük sahəsində güzəştlərə dair "Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulması və aidiyyəti qurumların həmin Sistemə inteqrasiyası ilə bağlı müvafiq işlər yekunlaşır.
"Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” formalaşdıqdan sonra bütün müəsissələr, təşkilatlar və ya ictimai birliklər tərəfindən güzəştlər üzrə müraciətlərin həmin Sistem vasitəsilə ötürülməsi və qiymətləndirilməsi həyata keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























