• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan MTX-yə ikinci dəfə yeni direktor təyin edildi

Ermənistan MTX-yə ikinci dəfə yeni direktor təyin edildi
09.11.2020 09:55
Ermənistan milli təhlükəsizlik xidmətinə Armen Abazyan yeni direktor təyin edilib.

Anews.az "Lragir”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan uyğun sərəncam imzalayıb.

Bildirilib ki, Armen Sarkisyanın başqa bir sərəncamı ilə milli təhlükəsizlik xidmətinin direktor müavini, direktor vəzifəsini icra edən Mikael Ambarsumyan tutduğu vəzifədən azad edilib.

Oktyabrın 8-də Armen Sarkisyanın sərəncamı əsasında Arqişti Kərəmyan milli təhlükəsizlik xidmətinin direktoru vəzifəsindən azad olunub. Onun səlahiyyətlərini Mikael Ambarsumyan icra edib.

Yeri gəlmişkən, 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində tez-tez kadr dəyişikliyi olur. Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. Keçmiş müavini Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb. O, bu il martın 19-da bu vəzifəyə təyin olunmuşdu. İyunun əvvəlində E.Martirosyan tutduğu vəzifədən azad edilib. Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan gətirilmişdi.

Bu baxımdan son bir ayda Ermənistanın Milli Təhlükəsizlik Xidmətində baş verən ikinci dəyişiklikdir.

Hazırda müxalifətdə olan Vətən Partiyasının sədri A.Vanesyan xarici dövlətlərdən birinin casusu olmaqda da şübhəli bilinir. Bir müddət əvvəl onun başçılıq etdiyi "Vətən” silahlı dəstəsi Qarabağda darmadağın edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol