• $
  • €
  • ₽
  • ₺
  • £

Kamran Əliyev Rusiyanın Baş Prokuroruna zəng etdi

Kamran Əliyev Rusiyanın Baş Prokuroruna zəng etdi
10.11.2020 17:15
noyabrın 9-da saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulması nəticəsində 2 hərbi qulluqçu həlak olmuş, 1 nəfər isə yaralanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, həmin faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dərhal araşdırmalara başlanılmış və baş vermiş hadisənin təfərrüatlarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Baş Prokuror tərəfindən 09.11.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlanılmış və istintaqın aparılması Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna həvalə edilib.

Cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən hərbi mütəxəssislərin iştirakı ilə raketin atıldığı qurğuya, habelə informasiya sistemlərinə baxış keçirilmiş, raketin atıldığı hərbi hissənin hərbi qulluqçuları dindirilmiş, zəruri olan sənədlər götürülmüş və digər lazimi istintaq hərəkətləri həyata keçirilib.

Hazırda qeyd edilən fakta görə təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmin cinayət faktı ilə əlaqədar  Azərbaycanın Baş Prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnova rəsmi məktub ünvanlamış, eyni zamanda aralarında telefon danışığı baş tutub.


Telefon əlaqəsi zamanı Baş Prokuror hadisə nəticəsində həlak olanlarla bağlı rusiyalı həmkarına baş sağlığı verməklə yaralı hərbi qulluqçuya şəfa diləmiş, həmçinin başlanmış cinayət işi üzrə həyata keçirilmiş ilkin istintaq hərəkətləri barədə həmkarını məlumatlandırmaqla, tam, obyektiv və hərtərəfli istintaq aparılmasında  əmin edib.


Rusiya Federasiyasının Baş Prokuroru öz növbəsində həmin faktla bağlı tərəflərindən də cinayət işinin başlanaraq istintaq aparılmasını və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə istintaqın əlaqəli şəkildə aparılmasının işin səmərəliliyin artırılmasına xidmət edəcəyini qeyd edib.


İqor Krasnov Azərbaycan tərəfinin hadisə ilə bağlı təxirəsalınmaz reaksiya verərək zəruri tədbirlərin görülməsinə görə öz təşəkkürünü bildirib.


Bundan başqa, Rusiya Federasiyasının Baş Prokuroru imzalanmış 10.11.2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı öz məmnunluğunu ifadə edərək bəyanatda əks etdirilmiş müddəaların icrasının tərəflərin, o cümlədən Azərbaycan xalqının maraqlarına xidmət edəcəyini qeyd etməklə, sülhməramlı qüvvələrin regionda yerləşdirilməsinin sülh və əminamanlığın bərqərar olmasında səmərəli rol oynayacağına  ümidvar olduğunu xüsusilə vurğulayıb.


Kamran Əliyev və Rusiyalı həmkarı ölkələrimizin prokurorluqları arasında olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol