Rusiya MN saytında Qarabağdakı sülhməramlılarla bağlı xüsusi bölmə yaradıldı

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında "Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingenti” adlı xüsusi bölmə yaradılıb.
"Yeni bölmədə müvafiq xəbərlər və multimediya materialları, infoqrafik məlumatlar, habelə Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin sülhməramlı əməliyyatın aparılması ilə bağlı brifinqləri dərc ediləcək”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, bu bölmə daim Rusiya sülhməramlılarının işi və münaqişə bölgəsindəki vəziyyət barədə aktual xəbərlərlə, foto və video materiallarla yenilənəcək. Bütün məlumatlar xarici dillərə tərcümə olunacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























