Türkiyə Parlamenti Ermənistanın Azərbaycana qarşı cinayətlərini araşdırır

Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Hüquqları Komissiyası 2020-ci il sentyabrın 27-dən sonrakı dövrdə Ermənistanın raket və artilleriya hücumları nəticəsində Azərbaycan sakinlərinin hüquqlarını pozması faktları ilə bağlı istintaq başladıb.
Onun sözlərinə görə, Türkiyə Parlamentində Ermənistanın hüquq pozuntusu ilə bağlı xüsusi Alt Komitə yaradılıb.
"Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması zamanı qadağan olunmuş döyüş sursatlarından da istifadə edilib. Gəncə, Bərdə və Tərtərdə mülki şəxslər öldürülüb. Ermənistan 1899 və 1907-ci il Haaqa Konvensiyaları tələblərini, 12 avqust 1949-cu il Cenevrə Konvensiya normalarını kobud şəkildə pozub”, - deyə Çavuşoğlu bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























