Düşmən hidrotexniki qurğuları tamamilə sıradan çıxarıb

Düşmən torpaqlarımızda olan hidrotexniki qurğuları tamamilə sıradan çıxarıb, talan edib.
Bunu işğaldan azad olunan ərazilərimizdə suvarma sistemlərinin bərpasına həsr edilmiş görüşdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavi Rafiq Aslanov deyib.
Qeyd edilib ki, bu işlərə "Azdövsutəslayihə” İnstitutunun əməkdaşları da cəlb olunublar. Meliratorlar artıq həmin ərazilərdə suvarmanın təşkili ilə bağlı işlərə başlayıblar və bu iş maksimum qısa müddətdə başa çatdırılmalıdır.
Sədr müavini işğaldan azad olunan ərazilərimizdə irriqasiya və meliorasiya sistemlərinə dəymiş zərərin dəqiqləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb. Diqqətə çatdırıb ki, azad edilən ərazilərdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün yaradılan komissiya tərəfindən aparılacaq araşdırma nəticəsində istifadəyə yararlı olan su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























