İlham Əliyev və Vladimir Putin işğaldan azad olunan bölgələrdəki dini abidələri müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətində Dağlıq Qarabağla bağlı razılıqların reallaşdırmasının aspektlərini müzakirə edib.
Qeyd olunur ki, telefon danışığı zamanı atəşkəsə əməl olunmasından və təmas xəttindəki vəziyyətin sakit olmasından məmnunluq ifadə edilib.
V. Putin İ.Əliyevlə söhbətində üçtərəfli bəyannaməyə uyğun olaraq Azərbaycan Respublikasına qaytarılmış bölgələrdə xristian kilsələrinin və monastırların olduğuna diqqət çəkib. Bu ziyarətgahların təhlükəsizliyinin və normal kilsə fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























