Rusiya Qarabağa daha 2 təyyarə göndərdi

Rusiya hərbi-nəqliyyat aviasiyasının iki An-124 "Ruslan” təyyarəsi Yerevandakı hava limanına zirehli texnika və sülhməramlı briqadanın bölmələrinin şəxsi heyətini çatdırıb.
Anews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
"Hava gəmiləri 10 ədəd BTR-82A tipli zirehli transportyor, maddi-texniki təminat vasitələri, həmçinin sülhməramlı birləşmənin bölmələrinin 30-a yaxın hərbi qulluqçusu gətiriblər”, - məlumatda deyilir.
Daha əvvəl Qarabağa 20 təyyarənin və 170 sülhməramlı göndərilməsi barədə xəbər verilmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























