Biz saxta çəkilişlər paylaşaraq xalqı aldadırdıq - Arutyunyandan etiraf

Qondarma Dağlıq Qarabağın prezidenti Araik Arutyunyan etiraf dolu açıqlama verib.
Qondarma prezident bildirib ki, "biz saxta çəkilişlər paylaşaraq xalqı aldadırdıq. Nəticədə mühasirəyə düşmək təhlükəmiz yarandı. Ona görə də müqaviləyə imza atmalı olduq”.
Dağlıq Qarabağı tərk etmiş ermənilərə müraciət edən Araik Arutyunyan deyib ki, onlar İrəvanda keçirilən etiraz aksiyalarına qoşulmasınlar: ”Siyasi intriqalara qoşulmayın, geriyə qayıdın. Biz düşmən qarşısında birliyimizi nümayiş etdirməliyik”.
O, vurğulayıb ki, ermənilərə müharibədə qələbə çalmaq üçün 80-100 min nəfər döyüşçü lazım imiş. Ancaq onlar bu qədər döyüşçü toplaya bilməyiblər
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























