Türkiyənin Azərbaycana əsgər göndərməsi ilə bağlı layihə parlamentə təqdim edilib

Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair noyabrın 10-da əldə etdikləri razılaşmanın yerinə yetirilməsinin monitorinqini aparmaq üçün Türkiyə Azərbaycana hərbi qüvvələr göndərir. Virtualaz.org xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə müvafiq qətnamə layihəsi Böyük Millət Məclisinə təqdim edilib. Türkiyə hərbi qüvvələri atəşkəsə nəzarət üzrə qurulacaq monitorinq mərkəzində təmsil olunmaq üçün göndərilir.
"Əldə edilmiş razılaşmaya görə, atəşkəsə əməl edilməsinə nəzarət üzrə işğaldan azad edilən Azərbaycan ərazilərində ortaq mərkəz qurulacaq. Azərbaycanın tələbi ilə bu mərkəzdə Rusiya və Türkiyənin ortaq təmsil olunması qərarlaşdırılmışdı”,-layihədə deyilir.
"Azərbaycanın müəyyən edəcəyi yerdə Türkiyə ilə Rusiyanın birlikdə quracağı Ortaq Mərkəz və bu Mərkəzin yerinə yetirəcəyi fəaliyyətlərdə Türkiyə Silahlı Qüvvələri personalının və lazım olarsa ölkəmizdən mülki personalın təmsil edilməsi 2010-cu il avqustun 16-da imzalanan Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası arasında strateji müttəfiqlik və qarşılıqlı hərbi yardım anlaşmasına əsaslanır, ölkəmizin üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü təmsil edən beynəlxalq hüquq prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT prinsipləri ilə uyğundur, bölgə xalqlarının hüzur və rifahının yararına olacaq, ayrıca olaraq milli maraqlarımız baxımından da gərəkli olduğu dəyərləndirilməkdədir”,-layihədə daha sonra bildirilir.
Qətnamə layihəsində iki ölkə arasında anlaşmaya işarə edilərək bildirilir ki, Türkiyə tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirmək, atəşkəsin təmin edilməsi, atəşkəsin pozulması hallarına yol verilməməsi və regionda stabilliyin təmin edilməsi üçün Türk Silahlı Qüvvələri personalını Ortaq Mərkəzdə təmsil olunmağa göndərmək qərarına gəlib. Bu qüvvələr Türkiyə prezidentinin müəyyən edəcəyi şəkildə istifadə olunacaq.
Xatırladaq ki, 10 noyabr razılaşmasına əsasən Rusiya Dağlıq Qarabağa 2 min nəfər yaxın hərbçidən və çoxsaylı hərbi texnikadan ibarət sülhməramlı qüvvələr yeridib. Əldə edilən razılaşmda atəşkəsə nəzarət üzrə Dağlıq Qarabağdan kənarda Rusiya və Türkiyənin birgə monitorinq mərkəzinin qurulması da nəzərdə tutulur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























