• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Sergey Lavrovu qəbul etdi

İlham Əliyev Sergey Lavrovu qəbul etdi
18.06.2014 21:25
 İyunun 18-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.APA-nın məlumatına görə, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev xarici işlər naziri Sergey Lavrovun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib. Dövlət başçısı iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb, Azərbaycan ilə Rusiyanın bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini söyləyib. Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin ölkəmizə ötənilki səfərinin münasibətlərimizin inkişafına təkan verdiyini qeyd edib, həmin səfər zamanı aparılan danışıqların və fikir mübadiləsinin əməkdaşlığımızın sonrakı inkişafı baxımından çox səmərəli olduğunu bildirib. Dövlət başçısı deyib ki, ölkələrimiz parlamentlər və nazirliklər səviyyəsində də səmərəli əməkdaşlıq edir. Humanitar və digər sahələrdə əməkdaşlıq da uğurludur. Prezident İlham Əliyev xalqlarımızın və ölkələrimizin rifahı naminə münasibətlərimizin bundan sonra da inkişafı üçün hər iki ölkənin səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.  Xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin səmimi salamlarını prezident İlham Əliyevə çatdırıb. O, Rusiya dövləti başçısının ölkəmizə ötənilki səfərini və səfər zamanı keçirilən görüşləri məmnunluqla xatırladığını deyib. S.Lavrov Azərbaycan prezidenti İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıması, iqtisadi, investisiya, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla davam etməsi barədə fikirləri ilə şərik olduqlarını bildirib. Xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfəri çərçivəsində humanitar əməkdaşlıqla bağlı proqramın imzalandığını da xatırladıb. O bildirib ki, Azərbaycan ilə Rusiya regional və beynəlxalq səviyyədə uğurla əməkdaşlıq edir və xarici işlər nazirlərinin bugünkü görüşündə də bu barədə müzakirələr aparılıb. Sergey Lavrov bildirib ki, müzakirələr zamanı Xəzəryanı ölkələrin qarşıdakı sammiti, həmçinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin ötənilki görüşü, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. O, BMT, ATƏT və hazırda Azərbaycanın sədrlik etdiyi Avropa Şurasının Nazirlər Komitəsində ölkələrimizin qarşısında duran ümumi məsələləri də müzakirə etdiklərini deyib. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçkilərində Azərbaycanın namizədliyini dəstəklədiyinə görə bir daha Rusiya tərəfinə təşəkkürünü bildirib və Azərbaycanın bu quruma sədrlik etdiyi iki il ərzində ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini məmnunluqla qeyd edib. Dövlət başçısı Azərbaycanın Avropa Şurasına sədrliyinin ölkəmizin mövqeyi və prioritetlərini Avropa ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın bu quruma sədrliyi dövründə də ölkələrimiz arasında sıx əməkdaşlığın olacağına əminliyini bildirib. Dövlət başçısı prezident Valdimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol