• $
  • €
  • ₽
  • ₺
  • £

Vətənin keşiyində duranlara dəstək olmaq borcumuzdur – Yelo Bank

Vətənin keşiyində duranlara dəstək olmaq borcumuzdur – Yelo Bank
18.11.2020 16:47
Sosial şəbəkələrdə yayılan Yelo Bankın əsgərimizi məhkəməyə verməsi ilə bağlı xəbər əsasında araşdırma aparılıb. Məhkəməyə müraciət həmin şəxsin əsgər kimi xidmətə başlamasından əvvəl olub və xidmətdə olduğu bilindikdən sonra dərhal Bank tərəfindən Ucar rayon məhkəməsinə prosesi dayandırması ilə bağlı məlumat yönləndirilib. Bununla yanaşı, əsgərimizin qardaşı da Banka dəvət edilib.

Yelo Bank vətən uğrunda azadlıq müharibəsinin ilk günündən döyüşlərdə iştirak edən və zərər çəkmiş hər bir müştərisinin yanındadır. Xidmətdə olan müştərilərlə bağlı məlumatların yığılması müəyyən vaxt tələb etdiyindən, qeyd olunan formada yanlış anlaşılmalar baş verə bilir. Artıq bir neçə müştərilərimizi ziyarət edərək, həm edilən güzəştlərlə bağlı məlumatı şəxsən onlara çatdırmış, həmçinin müharibədə göstərdikləri qəhrəmanlıqlara görə təşəkkürümüzü  bildirmişik. Bu gün belə müştərilərimizdən biri olan və döyüşlər zamanı qolunu itirmiş əsgərimizə bank nümayəndələri tərəfindən baş çəkilib. Müharibə haqda iştirakçısının dilindən eşitmək əldə etdiyimiz qələbənin necə dəyərli olduğunu bizə bir daha sübut etdi.

Yelo Bank olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat, eləcə də, döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə 50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsait ayırmışdı. Ordumuza dəstək aksiyaları çərçivəsində cəbhə bölgələrinə tibbi ləvazimatlar, gigiyenik vasitələr, isti geyimlər, qida məhsulları və digər ilkin tələbat məhsulları göndərmişik.  20-ə yaxın əməkdaşımız səfərbərlik çərçivəsində ordu sıralarına qatılıb. Bir işçimiz isə Bərdəyə xain hücum zamanı həlak olub.

Bütün bu dövr ərzində daim ordumuz və əsgərlərimizin, cəbhəyə yollanan yoldaşlarımızın və onların ailələrinin yanında olub, dəstəyimizi əsirgəməmişik və bundan sonra da əsirgəməyəcəyik.


 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol