Erməni general Qarabağ müharibəsində “İsgəndər” raketin tətbiq etdiyini açıqladı

Ermənistan Qarabağda gedən müharibə zamanı Azərbaycana qarşı "İsgəndər” operativ-taktiki raketləri tətbiq edib.
Bu haqda Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, Müdafiə Nazirliyinin hərbi müfəttişliyinin rəhbəri vəzifəsindən dünən istefa verən və bu gün Yerevanda mətbuat konfransı keçirib qalmaqallı bəyanatlarla çıxış edən general Movses Akopyan açıqlayıb.
Qeyd edək ki, hərbi əməliyyatların gedişində Azərbaycan ordusu Ermənistan ərazisində, dövlət sərhədinə yaxın start mövqelərinə çıxarılmış düşmən operativ-taktiki raket kompleksini, o cümlədən "Skad” ballistik raket kompleksini dəqiq zərbə ilə məhv etmişdi. Bu preventiv addım Ermənistanın Azərbaycanın dinc yaşayış məntəqələrini ballistik raketlərlə atəşə tutmasına cavab olaraq atılmışdı. O vaxt Rusiya mənbələri Azərbaycan ordusunun vurduğu komplekslərdən azı birinin "İsgəndər” olduğunu yazmışdı, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülərdən də tam aydın olmasa da , hədəfin "İsgəndər” olduğu görünürdü.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























