• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: Erməni tələsinə düşməyin...

Zahid Oruc: Erməni tələsinə düşməyin...
19.11.2020 21:45
44 gün davam edən, lakin əsrlərə bərabər Salnamələr yaradan Böyük Vətən Müharibəmiz informasiya cəbhəsində də müxtəlif blindajlar, yayındırıcı və maskalanmış örtüklər altında gizlənən düşmən qüvvələri görməyə imkan verdi.
 
Milyonlarla vətəndaşımız uzun illər onların qəlbini və beynini işğal edən, bununla da torpaqlarımızın əsarət altında qalmasını sürdürməyi bacaran psixoloji-mənəvi-siyasi erməniçiliyin də mahiyyətini daha yaxşı dərk edə bildilər, hərbi dillə desək, uca strateji yüksəkliklərə qalxaraq döyüş meydanını aydın nəzərlərlə görməyi bacardılar. Bəli, mən və yaxın çevrəmizdə olan onlarla ideya adamı düşmənin qaranlıq hücrələrdə necə gizləndiyini, Azərbaycanı caynağında saxlamaq üçün hansı mənfur planlar hazırladıqlarını yaxşı bilirik.
 
Hər gün işimizlə, təhlillərimizlə və dövləti, milləti göz bəbəyi kimi qoruyan zəkamızla erməniləri- təkcə bir millətin adı deyil-həm də ölkəyə qəsd edənlərin ümumələşdirilmiş obrazıdır-narahat edirik, onların qurduqları tələləri qırırıq, açdıqları atəşi zərərsizləşdiririk.Əslində xalqımıza güllə atan düşmən birdir-istər səngərdə olsun, istərsə də klaviatura arxasında..
 
Ona görə də bütün şüurlu həyatımızı həsr etdiyimiz milli idealların, on illər ərzində can və ruh varlığımızı köçürdüyümüz dövlətçilik məfkurəsinin ziddinə olaraq, hətta ən adi məntiqin tələblərinə uyğun gəlməyən, bir zərbə ilə ovxalanıb tökülən makulatura sözləri Markın divarında, yaxud digər platformalarda adımıza yazıb tirajlayan düşmən 44 günlük Zəfər Mücadiləmizdə hər gün dünyaya yalan danışan Harsrun Ovanisyanla eyni cərgədədir, onun ssenarisinə uyğun hərəkət edir və indi yüz illik müharibəni uduzduqlarını görüb Azərbaycanın bəzən məlumatsız və səmimi inanclarla yaşayan insanları çaşdımaq üçün böhtan və şər yayırlar.
 
Keçməz. Gecdir. 30 ildir qurduğunuz siyasi istehkamlar da dağıldı. Cəsur əsgər və zabitlərimizin Füzulidə, Cəbrayılda, Zəngilanda, bir sözlə tapdaq altında olan bütün ərazilərimizdə qazıb gizləndiyiniz yuvalarda başınıza yağdırdığı atəşi bütün mübarizə meydanlarında görəcəksiniz.
 
Zəifsiniz, çünki bizim uca göylərdən pilotlu kamikadzelərimiz sizi yaxşı görür və 20 noyabrda Ağdamı tərk etməyə məhkum olan məğlub dəstəniz kimi siyasət ərazilərimizdən də çıxmaqda davam edəcəksiniz. O üzdən vətənsevər qardaş və bacılarımız bilsin-düşməniniz düşmənim, dostunuz çiyinlərimizdə olan milllətimizdir! Biz Qalibik!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol