• $
  • €
  • ₽
  • ₺
  • £

Hesablama Palatası bələdiyyələrin auditi üzrə beynəlxalq tədbirə qatılıb

Hesablama Palatası bələdiyyələrin auditi üzrə beynəlxalq tədbirə qatılıb
20.11.2020 11:25
Noyabrın 19-da EUROSAI-ın bələdiyyələrin auditi üzrə xüsusi qrupunun katibliyini həyata keçirən Litva Milli Audit Ofisinin moderatorluğu ilə, qrupun 4-cu illik toplantısı keçirilib.

Bu barədə anews.az-a Hesablama Palatasından bildirilib.

Toplantıda 27 ölkə və beynəlxalq təşkilatlardan (İƏİT, EUROSAI və s.) 65 nümayəndə iştirak edib. Hesablama Palatasını toplantıda qurumun İqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov və böyük məsləhətçisi Nazim Nağdəliyev təmsil edib. Toplantının əsas mövzusu EUROSAI-ın Bələdiyyələrin Auditi üzrə Xüsusi Qrupun 2021-ci il üzrə fəaliyyət planı, 2021-2023-cü illər üzrə İşci Proqramı və digər məsələlərin müzakirəsi olub. Toplantını Xüsusi Qrupun Katibliyinin rəhbəri Jura İvonaityte açıq elan edib və Litva Respublikasınə Baş Auditoru Mindaugas Macijauskas çıxış edərək toplantı iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Hesablama Palatasının nümayəndə heyəti 3-cü strateji məqsəd üzrə əsas mövzu kimi səsləndirilən bəzi təkliflərlə bağlı fikirlərini səsləndirib, həmçinin digər AAQ-larla birlikdə paralel auditlərin aparılması və təcrübə mübadiləsinin həyata keçirilməsinin bələdiyyə auditinin inkişafına daha çox töhfə verəcəyini vurğulayıb.

Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasəti və rəhbərliyi ilə ordunun gücü və əzmi, habelə xalqın iradəsi və rəhbəri ətrafında sıx birləşməsi hesabına 44 gün davam edən vətən müharibəsi torpaqlarımızın azad edilməsi ilə nəticələnib. İşğaldan azad edilmiş torpaqlarında dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin bərpa edilməsi, bələdiyyələrin formalaşdırılması Hesablama Palatasının Bələdiyyələr üzrə Xüsusi Qrupunda əldə etdiyi təcrübənin həmin bələdiyyələrdə də istifadə edilməsinə də şərait yaradacaq.

Toplantınının yekunu üzrə EUROSAI-ın Bələdiyyələrin Auditi üzrə Xüsusi Qrupun 2021-ci il üzrə fəaliyyət planı və digər sənədlər müzakirə edilərək qəbul edilib.
Toplantı yüksək müzakirələr şəraitində, interkativ onlayn rejimdə 4 saat davam edib və Litva AAQ-ı tərəfindən ilkin nəticələr ümumiləşdirilərək bağlı elan edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol