Prezidentlə xanımından məsciddə nümunəvi addım - Foto

Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
Anews.az-ın məlumatına görə, dövlət başçısı və xanımı səfər zamanı Ağdamın Cümə məscidini də ziyarət ediblər.
Ancaq məsələ burasındadır ki, 27 il işğal altında qalan şəhərin məscidi erməni barbarları tərəfindən dağıdılıb, içi sökülüb. Mənfur düşmənin bu addımı İslam dininə qarşı törədilmiş barbarlıqdan başqa bir şey deyil.
Budəfəki mənzərə isə tamam fərqlidir. Dövlət başçısı ilə xanımı xalçaları sökülmüş, içərisi toz-torpaq olan məscidə ayaqyalın daxil olmaqla İslam dininə və tarixi dini abidələrə ehtiramını, hörmətini bir daha nümayiş etdiriblər.
Ermənistandan fərqli olaraq, Azərbaycan tolerant ölkədir və burada dini ayrıseçkilik edilmir, bütün dinlərə hörmətlə yanaşılır. Elə bunun məntiqi nəticəsidir ki, Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni Kilsəsi bərpa edilib və insanların sərbəst istifadəsinə verilib.
Maddi-mədəni irsə dəyər verilməsi, tarixi-dini abidələrimizin, o cümlədən kilsə, sinaqoqların bərpası və yenidən qurulması Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























