• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: Fransa Senatı 2-ci Azərbaycan dövləti təsis etmək istəyir...

Zahid Oruc:  Fransa Senatı 2-ci Azərbaycan dövləti təsis etmək istəyir...
26.11.2020 12:49
Fransa Senatında qəbul edilən dünənki qərarının tarixi analogiyası belədir: 2-ci dünya müharibəsinin nəticələrini Almaniya qəbul edib, generallar gəlib təslimçilik aktına qol çəkib, lakin hansısa 3-cü dövlət onu tanımaq istəmir. İndi 2-ci Qarabağ müharbəsinin nəticələrini Ermənistan dövləti, parlamenti və hətta xalqı da qəbul edib, lakin Senat deyir ki, yox, Ermənistan Ermənistan deyil, bizik Ermənistan!

Senatın 25 noyabr tarixli addımı hüquqi-siyasi nəticələrindən asılı olmayaraq, 33 il əvvəl yenə də Fransada Humenite jurnalında Abel Aqanbekyanın Qarabağı Ermənistana birləşdirmək çağırışına dair mənfur məqaləsi ilə eyni mahiyyəti daşıyır. Həmin planın iki xalq arasında hansı miqyasda düşmənçiliyə gətirib çıxardığını hamı gördü!

Müharibənin 1 dekabrdakı nəticələrinə görə Azərbaycan hərbi və siyasi yolla işğal altındakı torpaqlarının 80-faizini tam azad etmiş bir duruma nail olur. 10 noyabr razılaşmasına görə yerdə qalan Azərbaycan torpaqlarında da suveren haqlarımızın gerçəkləşməsi üçünplan hazırdır. Beləliklə, Senatın müstəqilliyi tanıma tövsiyyəsi faktiki olaraq, 2-ci Azərbaycan dövlətini tanımaq cəhdi sayıla bilər. Çünki yaxın gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağda əhali sayına görə Hadrutda, Xocavənddə, Ağdərədə və Şuşada yerləşərək digər ünvanlardakı bir ovuc erməni azlığından sayca çoxluq təşkil edəcəklər! Ona görə də Fransa 2-ci Azərbaycan dövləti təsis etmək istəyir.

Ali Baş Komandan bəyan etdi ki, o Azərbaycana edilən təzyiqlərin miqyası haqqında bəzi sirləri gələcəkdə aça bilər. Şübhə yoxdur ki, bağlı qapılar arxasında Fransa dövlət başçısının cavabı ən sərt və qətiyyətli bir şəkildə verilib. İndi prezidentdən sonra növbə bütün dövlət strukturlarının, parlementin və bütün dünya azərbacanlılarındır.

Dağlıq Qarabağın müstəqliiyini Kosovo kimi tanımaq üçün ortada olan reallığın balkanlardan fərqi haqqında yüzlərlə arqument gətirmək olar. Tək bir səbəbi desək yetərlidir-gərək biz onda on minlərlə mülki ermənini öldürmüş olaydıq. Senatın qərarı erməniləri qətlə sürükləyən bir hökmdür. Qarabağı karta çevirənlərin əllərindən çıxan alətə görə qəzəbi, hiddəti başadüşüləndir.

Senatın qərarı Strasburqun demokratiyaya bürünmüş sifətini və bizə on illərdən bəri azadlıq gətirmək istəyənlərin də iç üzünü açır. Dünən o qərara səs verənlər sabah bizim demokratiya, mətbuat azadlığı və məhbuslarla bağlı danışanda onların ərazi bütövlüyümüzə qəsd edənlər olduğunu unutmayın!

7.Fransa arxivlərində Paris Sülh Konfransının materialları durur. Sabiq prezident Fransua Oland Azərbaycanın qədimliyinin fransız səyyahları tərəfindən necə tədqiq olunduğundan ağız dolusu danışırdı. Nəhayət, Senat üzvləri Sent Klu məzarlığında uyuyan Əlimərdan bəy Topçubaşovun, Ceyhun Hacıbəylinin və lap elə Şarl dell Qolla çiyin-çiyinə vuruşan Əhmədiyyə Cəbrayılovun ruhundan utansınlar - Axı Paris Sülh Konfransı Azərbaycanın müstəqiliyini tanıyanda bizim ərazilərimiz  114 min kv.km idi.

Azərbaycanın cavab reaksiyası necə olmalıdır-müxtəlif təkliflər var-bilirsiz ki, ölkəmizdə Fransa unuversiteti, məktəbi, ayrıca fakültəsi, 2 milyard avro dəyərində iqtisadi-ticari sazişlər var. Bilməliyik ki, Fransa kompaniyaları siyasətçilərin girovu deyil, əksinə onlarla, fəal iş rejimində çalışmalıyıq, o cümlədən müxtəlif patiyalar, siyasi mərkəzlərə, lobbi birliklərilə gündəlik rejimdə işləməyi davam etdirməliyik. Emosional addımları da kimsə ata bilər, lakin biz sistemli fəaliyyətimizlə dünyada belə qərarın nümunəyə çevrilməsinin qarşısını almalıyıq! Bəli, 30 il də ömrümüz Hərbi Zəfərimizi müdafiədə keçəcək! Bu Azərbaycanın taleyidir!  


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol