İlham Əliyevin səfəri başa çatdı

Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri başa çatıb.ANS PRESS-in məlumatına görə, Azərbaycan və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı Afinanın Beynəlxalq Hava Limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.İlham Əliyevi Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıb.Qeyd edək ki, prezident İlham Əliyevin Yunanıstana səfəri çərçvəsində Yunanıstanın dövlət başçısı Karolos Papulyasın təkbətək görüşü olmuşdu. Görüşdə Azərbaycan ilə Yunanıstan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdi. Geniştərkibli görüşlərdən sonra isə iki ölkə arasında bir neçə sənəd imzalanmışdı.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























